SOSİAL
A- A A+

Əlillər Nabrana yola salınıb

2015-06-24 09:40:27

ƏƏSMN apreldən 670 nəfəri Lənkəran, Şəki və Xaçmazdakı sağlamlıq mərkəzlərinə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq bu gün 70 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib.
Bu ilin aprelindən başlayaraq ötən müddətdə nazirlik tərəfindən 670 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub. İstirahət günlərində əlilliyi olan şəxslər üçün idman yarışları, musiqili-əyləncəli tədbirlər, fizioterapevtik müalicə prosedurları, görməli yerlərə gəzinti turları təşkil olunur. Onlar istirahət mərkəzlərinə, eləcə də gəzinti turlarına xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər. 
Ümumilikdə cari ildə ƏƏSMN tərəfindən 1000 nəfərdən çox bu təbəqədən olan vətəndaşın respublikanın füsunkar təbiətə malik guşələrində istirahətə göndərilməsi nəzərdə tutulub. Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin yaz-yay aylarında mənalı istirahətinin təşkilinə xidmət edir.
Qeyd olunan şəxslərin yola salınması zamanı onlar sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqla söz açaraq, göstərilən diqqət və qayğıya, habelə əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 692

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...