2018-02-13 08:55:28 | SİYASƏT
“Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıb”

.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirdi. Qeyd etdi ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğuladı. Bildirdi ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır”, - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırdı.

Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Gallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. “Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən Birinci vitse-prezident diqqətə çatdırdı ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib. Mehriban Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu dedi. Bildirdi ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirdi, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə etdi.

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallager ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini dedi, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirdi. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırdı. Arxiyepiskop Pol Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırdı.

Baxış sayı : 1209
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımladı 2020-11-26 08:25:11 “Ermənistanın vurduğu zərərin ödənilməsi istiqamətində işlər aparılır” 2020-11-26 08:10:26 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 2020-11-25 18:30:48 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib 2020-11-25 11:10:22 Tarix kitabları yenilənəcək 2020-11-25 09:50:20 Ordumuz Kəlbəcərə bir neçə istiqamətdə daxil oldu 2020-11-25 09:20:24 "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq" 2020-11-25 09:05:23 "Sizin rəhbərliyinizlə xalqımızın rifahı daha da artacaq" - Vətəndaş məktubları 2020-11-25 08:50:27 Azərbaycan Ordusu BMT TŞ-nin yerinə onun 822 saylı qətnaməsini icra etdi 2020-11-25 08:35:04 Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59