SİYASƏT
A- A A+

Avronest PA-nın iclasında Metsamor AES-in məsələsi qaldırılıb

2018-02-13 08:40:35

.

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Tbilisidə keçirilən iclasında Azərbaycan nümayəndə heyəti Ermənistandakı Metsamor AES-in məsələsini qaldırıb. Fact-info.az-ın APA-ya istinadən məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Metsamor AES region ölkələri üçün ciddi təhlükə mənbəyidir.

O, iclasda iştirak edən Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə müraciət edərək AES-in bağlanılması və ya yenidən qurulması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyi ilə bağlı sual ünvanlayıb. V.Rey Aİ-nin Ermənistandan Metsamor AES-in bağlanılmasını tələb etsə də, bu tələbin hələ də yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Toplantıda iştirak edən Avronest PA-nın həmsədri Rebeka Harms öz növbəsində Azərbaycan nümayəndə heyətinin Metsamor AES-lə bağlı mövqeyini dəstəkləyib. Azərbaycan nümayəndə heyəti Metsamor AES-in Avronest PA-nın xüsusi məruzəsinə daxil edilməsi təklifi ilə çıxış edib. Bu məsələ ilə yanaşı azərbaycanlı deputatlar sənəddə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı tərəf kimi göstərilməsi, Türkiyənin Afrin bölgəsində terrorizmə qarşı apardığı mübarizənin də əks olunmasının vacib olduğunu qeyd ediblər.

“Şərq tərəfdaşlığı” ölkələrində təhlükəsizlik məsələləri və Aİ-nin bu məsələlərdə rolunun artırılması” adlı məruzə Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava və Avropa Parlamentinin üzvü Gunar Hokmark tərəfindən hazırlanıb. Sənədin cari ilin iyul ayında Avronest PA-nın Brüsseldə keçiriləcək sessiyasında qəbul olunacağı gözlənilir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 225

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...