SİYASƏT
A- A A+

“Azərbaycanın maraqları yüksək səviyyədə müdafiə olunacaq” - Fuad Muradov

2018-02-12 08:55:51

.

“Avronest PA-nın Siyasi, İqtisadi, Enerji və Sosial komitələrinin Tbilisidə keçiriləcək iclaslarında bir sıra mühüm məsələlər müzakirə ediləcək. Azərbaycanın maraqları bütün hallarda yüksək səviyyədə müdafiə olunacaq”. Fact-info.az xəbər verir ki, bunu “Report”a Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib.

F.Muradov deyib ki, Avronest PA-nın siyasi komitəsinin fevralın 12-də keçiriləcək iclasında “Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinləniləcək. Həmin gün keçiriləcək Enerji komitəsinin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerjinin inkişafında effektivlik və dayanaıqlılıq” mövzusunda məruzə dinləniləcək. Bu komitədə məruzə ilə Azərbaycan parlamentinin deputatı Muxtar Babayev çıxış edəcək. Avronest PA-nın İqtisadi komitəsinin fevralın 13-də keçiriləcək iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində birbaşa investisiyaların əhəmiyyəti” mövzusunda məruzə dinləniləcək. Sosial komitənin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində “Vərəmə qarşı mübarizə”, eləcə də qeyri-formal əməkçilərin hüquqlarının qorunması ilə bağlı məruzə dinləniləcək.

F.Muradovun sözlərinə görə, məruzələr ətrafındakı çıxışlarda deputatlarımız çıxış edərək ölkəmizin maraqlarını müdafiə edəcəklər. Eyni zamanda, Azərbaycanda investisiya mühiti, enerji siyasəti, vərəmə qarşı mübarizə və işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcəklər. Avronest PA-nın komitə iclasları çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin Gürcüstan parlamentinin sədri ilə görüşü də nəzərdə tutulub. F.Muradovun eyni zamanda, Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşü də nəzərdə tutulub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 463

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...