SOSİAL
A- A A+

Müdafiə naziri hərbi andiçmə mərasimində iştirak edib

2018-02-12 08:50:17

.

Fevralın 11-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Azadinform xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti N nömrəli hərbi hissədə təşkil olunan tədbirdə iştirak edib. Şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə müdafiə nazirinə məruzə olunduqdan sonra hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, şəxsi heyət dövlət himnini ifa edib və tədbir açıq elan olunub.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra mərasimdə iştirak edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda yeni xidmətə başlayan şəxsi heyəti bu gün münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb. Müdafiə naziri qeyd edib ki, bu andan etibarən onlar da Azərbaycan Ordusunun əsgərləridir və Vətənə, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq olaraq bütün şəxsi heyət kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edərək onlara nizam-intizamlı olmağı, ərazi bütövlüyümüzün bərpa olunması naminə Vətənin müdafiəsində ayıq-sayıq olmalarını arzu ediblər. Gənc əsgərlər təntənəli marşla tribuna önündən keçdikdən sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olub, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksinə, eləcə də digər inzibati və xidməti binalara baxıblar. Mərasim bayram naharı və konsert proqramı ilə davam edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 247

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...