CƏMİYYƏT
A- A A+

Yaradıcı birlik və təşkilatlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

2018-02-10 10:35:59

.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcı birlik və təşkilatların rəhbər şəxsləri və üzvləri prezident seçkilərinə həsr edilmiş toplantı keçiriblər. APA-nın məlumatına görə, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Azərbaycanda dövlət səviyyəsində aparılan mədəniyyət siyasəti haqqında danışıb. Birlik sədri qeyd edib ki, prezident İlham Əliyev mədəniyyətə və incəsənətə hər zaman diqqət və qayğı ilə yanaşıb: “Ölkə başçısı ədəbiyyatla bağlı çox mühüm işlərin görülməsi üçün tapşırıqlar verib, kitabların latın qrafikası ilə çap olunması ilə bağlı sərəncam imzalayıb. Yazıçılar Birliyinin 80 illik yubileyi yüksək səviyyədə keçirilib, birliyin binası müasir səviyyədə təmir olunub”.

Xalq Yazıçısı əlavə edib ki, bütün bunlar qarşıdakı seçkidə İlham Əliyevə səs verməyə əsas verir. Azərbaycan Bəstəkarlar ittifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə son illərdə Azərbaycanda musiqi sahəsində görülən işlərdən danışıb. O, ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinə münasibətinin nümunəvi olduğunu diqqətə çatdırıb: “Biz sabit, əmin-amanlıq olan ölkədə yaşayırıq. Musiqimiz inkişaf edir, yeni əsərlər yazılır. Dövlət tərəfindən hər zaman diqqət görürük. Bu şəraiti bizə yaradan ölkə başçımızdır və biz yenə də səsimizi İlham Əliyevə verəcəyik”.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru Azər Paşa Nemətov, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Hacı İsmayılov, Amaliya Pənahova, Afaq Bəşirqızı ölkə başçısının mədəniyyət və incəsənət sahəsinin inkişafı üçün atdığı addımlardan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd olunub ki, ölkə başçısı təkcə mədəniyyət sahəsinə yox, bütün sahələrin inkişafı üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Sonda xalq yazıçısı Anar yaradıcı təşkilatlar adından qəbul olunmuş müraciəti oxuyub və müraciət iştirakçı təşkilatlar tərəfindən imzalanıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 203

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...