SİYASƏT
A- A A+

Qərb mətbuatı Ermənistandakı mitinqdən yazır: “Ən böyük iğtişaş”

2015-06-24 09:25:59

Dünyanın əksər media orqanları Ermənistanda baş verən hadisələrlə bağlı materiallar hazırlayıb

“Associated Press” agentliyi çərşənbə axşamı Ermənistan polisinin elektrik enerjisi qiymətlərinin artmasına etiraz edən və mərkəzi prospekti bağlayan nümayişçiləri güc yolu ilə dağıtmasından və 200 nəfərdən çox adamı həbs etməsindən yazıb:

 “Bu etirazlar son illər Ermənistanda müşahidə edilən ən böyük iğtişaşlardır. Bu isə yoxsul, keçmiş sovet respublikası olan və Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanla bağlı narahatlıqları artırır. Təxminən 5 min nümayişçi ötən gün prezidentin qərargahına doğru hərəkət edib, lakin çevik polis qüvvələri onların qarşını alıb”.

 Agentlik Ermənistan Polis İdarəsinin mətbuat katibi Aşot Aqoronyana istinad edərək 237 nümayişçinin həbs edildiyini açıqlayıb. O bildirib ki, 7 nümayişçi və 11 polis yaralanıb. “Dənizə çıxışı olmayan Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə ilə Azərbaycanla sərhədlərin uzun müddət bağlı qalması səbəbindən daha da zəifləyib”.(lent.az)

 “Reuters” agentliyi isə yazır ki, İrəvandakı etiraz aksiyaları gənc fəallar tərəfindən təşkil olunub və bunun heç bir siyasi partiya ilə bağlılığı yoxdur: “Onlar hökumətin avqustun 1-dən elektrik enerjisinin qiymətlərini 17-22 faiz artırılması qərarına etiraz ediblər”.

 “Frans-Press” isə 3,2 milyon əhalisi olan Ermənistanın Rusiya iqtisadiyyatının zəifləməsindən zərər çəkdiyini önə çəkib. Həmçinin Ermənistanın Rusiya tərəfindən yaradılan Avrasiya Gömrük İttifaqına qoşulması ilə İrəvanın Moskvadan asılılığının artdığı qeyd edilib.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1530

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...