SOSİAL
A- A A+

Azərbaycan alimləri beynəlxalq konfransda

2018-02-09 22:50:17

.

Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar "Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Hindistan, Əfqanıstan, Pakistan və digər ölkələrin nəvaişünas alimləri iştirak edib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu "Nəvai və klassik Azərbaycan ədəbiyyatı", həmin institutun əməkdaşı Elçin İbrahimov "Əlişir Nəvai və türk dünyası", AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova "Baburnamə"də Nəvai portreti", filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova "Nəvai irsinin Kişvəri yaradıcılığına təsiri" və Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər "Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri" mövzularında məruzələr ediblər. Tədbirdə Əlişir Nəvainin irsi ilə bağlı digər ölkələrdən gələn alimlərin də məruzələri dinlənilib. Konfrans iştirakçıları qədim Buxara və Səmərqənd şəhərlərində də olublar.


Kateqoriya : SOSİAL Baxış sayı : 284

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...