QHT və MEDİA
A- A A+

“Əsgər andı” kitabının təqdimatı

2018-02-08 08:20:42

.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Unutmayaq ki, unudulmayaq” mövzusunda Dəyirmi masa və qəhrəmanın xatirəsinə şair Almaz Alıqızının həsr etdiyi “Əsgər andı” kitabının təqdimatı keçirilib.

Əvvəlcə torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin birinci vitse-prezidenti Rasim Məmmədov Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli həyat yolundan söhbət açıb.

Onun ölməzliyə qovuşduğunu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri olduğunu, neçə-neçə bədii əsərlərin, filmlərin qəhrəmanına çevrildiyini söyləyib. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, ehtiyatda olan polkovnik Zahid Teymurov, kulturoloq Aydınxan Əbilov, İctimai Birliyin məsul katibi Yasəmən Möhübbətqızı, hərbçi-şair Aida Şirin və başqaları kitabın əhəmiyyətindən danışıb, müəllifin bu mövzunu gündəmə gətirməsinin vacibliyini bildiriblər.

Şairlər Zaməddin Ziyadoğlu, Südabə Sərvi və Xatirə Rəhimli Mübariz İbrahimova həsr etdikləri şeirləri oxuyublar. Sonda müəllif kitabın ərsəyə gəlməsində və tədbirin təşkil olunmasında əməyi olanlara təşəkkürünü bildirib, imzası ilə kitablarını tədbir iştirakçılarına təqdim edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 261

QHT və MEDİA

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...