CƏMİYYƏT
A- A A+

BMT-nin baş qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib

2018-02-08 08:30:13

.

Fevralın 7-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Ümumdünya Sərgisi “Ekspo 2025”in Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındaki daimi nümayəndəsi Yaşar Əliyev hamını salamlayaraq BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirib. Səfir Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.

Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakının “Ekspo 2025" sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim edib. O, Bakının təklif etdiyi mövzunu - "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını ətraflı izah edib.

Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izləyiblər.

“Bakı Ekspo 2025” layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv dövlətlərini Bakının sərgiyə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sessiyasında keçiriləcək seçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət edib.

Tədbir haqqında danışan E.Əmirbəyov deyib: “Ekspo 2025" sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. “Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümumdünya "Ekspo" sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman "Ekspo" sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Bu gün burada, BMT-nin baş qərargahında, "Ekspo 2025" sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki baş qərargahında Bakının “Ekspo 2025” təklifinin rəsmı təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv dövlətlərinə məlumat vermək imkanından məmnun olduq".

“Bakı Ekspo 2025” layihəsinin təqdimatından sonra, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. “Ekspo 2025" sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha ətraflı məlumatı layihənin saytından əldə etmək olar: www.bakuexpo2025.com “Bakı Ekspo 2025” sərgisini bu sosial şəbəkələrdə izləmək olar: Facebook, Twitter, Instagram və YouTube. (Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 285

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...