SOSİAL
A- A A+

Leonid Slutski: azərbaycanlı həmkarlarım əmin ola bilərlər ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var

2018-02-08 08:10:00

.

“1990-cı illərdən sonra Azərbaycanda ciddi problemlər uğurla aradan qaldırılıb. Azərbaycan enerji cəhətdən müstəqil dövlət olub, yoxsulluqla mübarizədə uğurlu proqram həyata keçirib. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında onun dahi atası, müasir Azərbaycan dövlətinin banisi tərəfindən əsası qoyulmuş yolla müvəffəqiyyətlə irəliləyir. Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirərək, Azərbaycan iqtisadiyyatı postsovet məkanının hüdudlarından daha uzaqlarda ən çox çiçəklənən iqtisadiyyatlardan biri oldu”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışında iştirak edən Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib.

L.Slutski qeyd edib ki, Azərbaycan aprelin 11-də keçiriləcək prezident seçkilərinə çox yüksək dərəcədə inkişaf etmiş parlament sistemi ilə gedir. “Bu gün Milli Məclis Azərbaycan cəmiyyətində çox məsələləri müəyyən edən bir institutdur. Təkcə siyasətçilər və ekspertlər deyil, bugünkü Azərbaycanın iqtisadiyyatında və sosial sahədə fəaliyyət göstərən insanlar da bir çox məsələləri bu institutla müəyyənləşdirirlər”, - deyə Leonid Slutski bildirib. Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri deyib: “Azərbaycan bir çox uğurlu qlobal təşəbbüsün müəllifi kimi çıxış edir və onların əksəriyyəti Heydər Əliyev Fondunun xətti ilə, bir çoxu ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi koordinasiyası ilə uğurla həyata keçirilir. Ümidvarıq ki, o, yaxın gələcəkdə Dövlət Dumasının qonağı olacaq”.

L.Slutski bildirib ki, rusiyalı deputatlar Milli Məclisdəki həmkarları ilə fəal əməkdaşlıq edirlər. “Biz profil komitələrinin beynəlxalq parlamentarilər arenasında birgə iclasları formatında və bir çox digər formatlarda gündəlikdə duran aktual ikitərəfli və beynəlxalq məsələləri müzakirə edirik. Azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var”, - deyə Dövlət Dumasının komitə sədri vurğulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 305

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...