2018-02-07 10:30:19 | QHT VƏ MEDİA
Ermənistan vətəndaşlığından imtina edən ermənilər

.

Ermənistan 1991-ci il 21 sentyabr tarixində müstəqilliyini elan etdikdən bu günə qədər sosial-iqtisadi sahədə qarşılaşdığı ən ciddi və dərin problemlərdən biri də vətəndaşlarının ölkəni tərk etməsi – miqrasiya problemi olmuşdur.

Müstəqilliyin ilk illərində ermənilərin ölkələrini tərk etməsinin əsas səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə yaşanan Dağlıq Qarabağ problemi, iqtisadi və sosial həyatın yaşayış minimumunun altında olması, böyük sənaye müəassisələrinin fəaliyyətini dayandırdığı üçün işsizliyin artması və digər amillər olmuşdur.

Bu gün də ermənilərin ölkələrini tərk etməsi prossesi davam edir. Hökumət bunun qarşısını almaqda acizdir və əslində heç həvəsli də deyil. Müstəqil ekspertlər bu köçün təhlükələri barəsində müxtəlif məruzələr hazırlasalar da, hökumətin gördüyü tədbirlər ciddi nəticələr vermir. Köç edən Ermənistan vətəndaşlarının bir qismi getdikləri xarici ölkələrdə sosial vəziyyətlərini qaydaya saldıqdan sonra o ölkənin vətəndaşlığını qəbul edirlər. Ermənilər əsasən başda Rusiya Federasiyası olmaq üzrə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərə (Ukrayna, Belarus və s.) köçürlər. Adətən xarici dil bilən və maddi vəziyyəti nisbətən yaxşı olan az sayda erməni isə Avropa və ABŞ-a köçməyə üstünlük verirlər. Ermənilərin Rusiya və adı keçən ölkələrə köç etmələrinin əsas səbəbi isə məişət səviyyəsində olsa da, rus dilini bilmələri və daha öncə oraya yerləşən həmvətənlərinin dəstəyi ilə daha tez iş tapma imkanları ilə izah oluna bilər.

Ermənistan Polisinin Pasport-viza departamentinin Mətbuat xidmətinin verdiyi məlumata görə Ermənistan vətəndaşlığından imtina edən ermənilərin sayı artır. Pasport-viza departamentinin verdiyi rəqəmlərə görə 2017-ci ildə 3823 erməni vətəndaşlıqdan imtina etmək üçün müraciət edib.[i] Beləliklə, 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 erməni vətəndaşlıqdan imtina etmək üçün aidiyyəti orqanlara müraciət etmişdir. Ümumilikdə isə 2012-2017-ci illərdə 15 min erməni bu haqqından istifadə etmişdir. Ermənistan Polisi vətəndaşlıqdan imtina edənlərin yaş, cinsiyyət, sosial vəziyyəti, təhsili barədə göstəriciləri qeyd etmədiyini bildirsə də, əlbəttə ki, ölkəni azyaşlı uşaq və yaşlı insanların deyil, əsasən əmək qabiliyyəti olanların tərk etdiyi məlumdur.

Hakim Ermənistan Respublika Partiyasının üzvü, Ermənistan Polisinin sabiq rəisi Alik Sərkisyan hesab edir ki, bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca böyük bir rəqəmdir. Hökumətin bu problemi həll etməsinin zəruriliyini bildirən Sərkisyan vətəndaşlıqdan imtina edeənlərin bir qisminin Ermənistan ordusunda xidmət etməmək üçün bu yola əl atıqlarını qeyd etmişdir. Onu da vurğulayaq ki, son illərdə Ermənistan ordusu əsgər və zabit ehtiyacını qarşılamaqda ciddi problemlər yaşayır.

Ermənistanda müdafiə naziri Viqen Sarkisyanın ideya müəllifliyi və müdafiə nazirliyinin təşəbbüsü ilə 20 aprel 2017-ci ildə "millət-ordu'' forumu keçirilmişdi.[ii] Viqen Sarkisyan bu forumda "Şərəf duyaram'' və "Bu mənəm'' adlı yeni iki ideya ilə çıxış etmişdi.[iii] "Şərəf duyaram'' adlı ideyaya görə universitet tələbələri 2-ci kursdan 4-cü kursa qədər həftənin hər şənbə günü Vazqen Sarqsyan adına hərbi institutda hərbi hazırlıq dərsində iştirak etməlidir. Təhsillərini tamamladıqdan sonra onlara bakalavr diplomu ilə birlikdə leytenanat hərbi rütbəsi verilir. Bu tələbələr müqavilə ilə Ermənistan ordusunda 3 il xidmət etməlidir.[iv] "Bu mənəm'' adlı ikinci layihə isə Ermənistan ordusunun əsgər heyətinin sayının sabit saxlanılmasını və ön cəbhədə xidməti nəzərdə tutur. Bu layihədə hərbi çağırışçılar iştirak edə bilər.

Köçün əsas səbəblərindən birinin də işsizlik olduğunu qeyd edən Sərkisyan, köç edən ermənilərin xarici dövlətlərdə daha yüksək qazanc əldə etmə fürsətinin dəyərləndirmək istəmələri olduğunu ifadə etmişdir.

Son 27 illik müstəqillik tarixində Ermənistanda heç bir hökumət ölkənin qarşılaşdığı sosial-iqtisadi problemləri həll edə bilməmiş, əksinə yeni gələn hər hökumət bu vəziyyəti daha da çətinləşdirmişdir. Ermənistanın Avropada ən çox silahlanan birinci dövlət olması diqqətə alınarsa,[v] dövlət büdcəsinin böyük bir hissəsinin geri dönüşü olmayan hərbi sahəyə xərclənməsinin acı nəticələrinin ölkə iqtisadiyyatı üzərində təsirsiz ötüşmədiyini anlamaq mümkündür.

Newtimes.az Hatəm Cabbarlı, siyasi elmlər doktoru

Baxış sayı : 1158
Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50