TƏDQİQATLAR
A- A A+

“Prezidentimizin Oyunları yaxından izləməsi idmançılara daha da ürəkli çıxış etməyə mənəvi stimul verir”

2015-06-23 11:50:47

Müasir Azərbaycanın tarixində əlamətdar hadisələr, möhtəşəm və dövlətçiliyimizi şərəfləndirən nailiyyətlər çoxdur

İyunun 12-də təntənəli açılışı keçirilən I Avropa Oyunları da müstəqil dövlətçiliyimizin qürur doğuran uğurlarından biridir.

Həmin gün bütün dünya Azərbaycanı yenidən tanıdı. Hər sahədə ortaya qoyduğu yüksək nümunələrlə dünyanın diqqətini cəlb edən ölkəni bir daha yaxından gördü.

Bakı Olimpiya Stadionu indiyədək nəinki Azərbaycanda, regionda və Avropada inşa edilən ən möhtəşəm idman qurğularından biridir və əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada keçirilən I Avropa Oyunlarının açılışı da stadionun özü qədər möhtəşəm və qürurverici idi. Bu mərasimin ən mühüm cəhəti isə onun əvvəldən axıra kimi məhz xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməsi idi. Hər birimiz xalqımıza I Avropa Oyunlarının həyəcanını, sevincini yaşatdığı üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarıq. Bir idman tədbirinin təşkilinin hansı zəhmət hesabına başa gəldiyi bir çoxlarına bəllidir. I Avropa Oyunlarının təşkilatçılıq işləri istənilən Yay Olimpiya Oyunlarından daha yüksək və ideal səviyyədədir. 

Bütün bunlar cəmi 2 il ərzində Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir. İki ilə Bakının idman infrastrukturunun olimpiya oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilməsi həqiqətən gərgin, çevik və fədakar fəaliyyət tələb edir. Oyunların gedişi zamanı diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkə Prezidenti İlham Əliyev, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarışları birbaşa canlı olaraq izləyir. Bu da Azərbaycan idmançılarının mənəvi məsuliyyətini artırır. Eyni zamanda, onların çoxsaylı qələbələr qazanmasına gətirib çıxarır. Bunu qalib idmançıların özləri də etiraf edir. 

Sözügedən məsələ ilə bağlı fikir bildirən ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, Prezidentin bu jesti olduqca müsbət göstəricidir: "Əvvəla Prezident idmançılara hər zaman dəstək verib və indinin özündə də bu dəstək davam edir. İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olarkən idmançılara göstərdiyi diqqət keçirilən dünya miqyaslı yarışlarda onların qələbə qazanmasına gətirib çıxardı. O cümlədən, Prezidentin idman arenalarına gəlməsi və Oyunları yaxından izləməsi idmançılara daha da ürəkli çıxış etməyə mənəvi stimul verir. Bu da, öz növbəsində, onların əksər hallarda oyunları qələbə ilə başa vurmasına yardımçı olur. Yarışmada qələbə qazanan idmançı Rəsul Cunayevin Prezidentə hərbi formada salam verməsi gənc nəslin vətənpərvərlik hisslərinin artmasına təkan verəcək". (bakixeber)

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 834

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...