MÜSAHİBƏ
A- A A+

"Ermənistana verilən raket kompleksləri Azərbaycan ordusunda on il əvvəldən var"

2018-02-06 09:55:21

“Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz”

APA-nın məlumatına görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan mətbuatının “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə, bu məlumatın özü də yeni deyil. "Erməni tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır.

Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düçar edir və nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistan mətbuatı da yeri gəldi-gəlmədi buna bənzər xəbərlə çıxış edir.

Keçən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” TƏRK-ləri əgər Ermənistan ordusunun silahlanmasına indi daxil edilirsə, bu silah növü hələ 10 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində mövcud idi və ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan dəfələrlə istifadə olunub. Hətta onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün gücə malikdir. Bu baxımdan da Ermənistandakı “Kornet E” kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil.

Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun silahlanmasına külli miqdarda maliyyə vəsaiti ayrılır. Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti qorxu içərisində saxlayır. Düşmən tərəfi çox yaxşı anlayır ki, gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaqlar. Bu, nə qədər tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o qədər məqbul olar". - deyə Ş. Ramaldanov qeyd edib.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 600

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...