İQTİSADİ
A- A A+

Məmməd Əsədov: “Cocuq Mərcanlı kəndinin 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir”

2018-02-06 09:35:09

.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində həyata keçirilməsi nəzərdə tutulmuş meliorasiya-irriqasiya, eləcə də sel və daşqınlara qarşı mübarizə tədbirləri əvvəlki illərdə olduğu kimi, uğurla davam etdirilərək dörd il ərzində 223 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış, 103 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, sel və daşqınlara qarşı 17 km-dən artıq sahilbərkitmə işləri həyata keçirilmişdir. Eyni zamanda əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün istifadəyə verilmiş 1067 ədəd subartezian quyusunun 1000 ədədi Proqramın icrası dövründə möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına həyata keçirilmişdir.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. Proqramın icrası müddətində Taxtakörpü su anbarı zonasında yerləşən Xızı və Siyəzən rayonlarında layihə üzrə nəzərdə tutulan 16581 hektar yeni suvarılan sahələrin suvarma suyu ilə təmin edilməsi və 8135 hektar sahənin su təminatının yaxşılaşdırılması işləri başa çatdırılmışdır. Şabran rayonunda isə 2017-ci ildə 5189 hektar yeni suvarılacaq torpaqlar meliorativ tədbirlər aparılaraq istifadəyə verilmiş və 5066 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Taxtakörpü su anbarı zonasında meliorativ tədbirlər aparılmış 22 min hektara yaxın yeni suvarılacaq torpaqlar hazırda Aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Eyni zamanda "Şabran Aqropark"a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri idavam etdirilir.

15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır. Şəmkirçay su anbarında yığılan 723 milyon kbm su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də "Şəmkir Aqropark"ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.

Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2- ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,55 km-lik hissəsinin tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəyə suvarma suyunun çatdırılmışdır. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə 19 avqust 2017-ci il tarixində Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir.

Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır. Sabirabad rayonu ərazisində «H» kanalının 7,78 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci ilin 1 may tarixinə başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 3947 ha əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 ha yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 ha yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 ha sahəyə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7772 ha yeni suvarılacaq və 967 ha mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə 2017-ci ildə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı (24325 ha), İmişli (5812 ha) və Biləsuvar (9356 ha) rayonlarının 39493 ha qış otlaq sahələrində yaradılacaq Aqroparkların və iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km uzunluğunda torpaq məcralı kanalın tikintisi işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanmışdır. Goranboy (3495 ha) və Samux (1200 ha) rayonlarında yaradılan Aqroparkların 4695 ha sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kbm olan su hovuzun tikintisi başa çatdırılmışdır. Şabran rayonu ərazisində «Şabran Aqropark» MMC-yə məxsus 1738 ha sahəyə suvarma suyunun verilməsi üçün sututumu 150 min kbm olan su hovuzunun tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 ha torpaq sahəsinin 1-ci mərhələdə 665 ha sahəsinə suvarma suyu çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı və ona bitişik Füzuli rayonunun Mirzənağılı kəndlərinin 680 ha əkin sahəsinə Araz çayından suvarma suyu verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılmış və Cocuq Mərcanlı kəndinin 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir.

Proqramın icrası müddətində Dünya Bankının krediti hesabına 2014-2017-ci illərdə 15 rayonda 99 min hektar, o cümlədən 2017-ci ildə 5 rayonda 14 min hektardan artıq sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılmışdır. Ümumiyyətlə, bu layihə çərçivəsində nəzərdə tutulmuş 85 min hektar əvəzinə 119 min hektara yaxın sahədə suvarma-drenaj şəbəkəsinin təmir-bərpası başa çatdırılmışdır ki, bu da respublikanın 15 rayonunda pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafına şərait yaratmışdır. Eyni zamanda Bankın krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Ağsu, Masallı və Cəlilabad rayonlarının əhalisinə ekoloji təmiz içməli su verilməsinin açılış mərasimləri keçirilmişdir. Cəmiyyət tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr hesabına 2017-ci ildə 103 min hektar, o cümlədən 72 min hektara yaxın yeni suvarılan torpaqlara suvarma suyu çatdırılmış və 31 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Suvarma su mənbəyi yaradılan bu ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikasının tətbiqi ilə və meliorativ tədbirlər aparılmaqla intensiv texnologiyalar əsasında yüksək kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaqdır.

Eyni zamanda 2017-ci ildə respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihənin Yuxarı Şirvan kanalının yenidənqurulmasının cəmiyyət tərəfindən xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınması imkanları yaradacaqdır. Beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Cəmiyyətin kollektivi qarşılarına qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.

2018-ci ildə də Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi kənd təsərrüfatının inkişafında xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral kanalların və suvarma kanallarının şaxələndirilməsi işləri davam etdiriləcəkdir. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonra kanalın 4,95 km-lik hissəsində tamamlama işlərini başa çatdırarq Goronboy rayonunun 8000 min hektarına suvarma su çatdırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı və ona bitişik Füzuli rayonunun Mirzənağılı kəndlərinin 680 ha əkin sahəsinə Araz çayından suvarma suyu verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlara suvarma suyu ilə təmin ediləcəkdir.

Cari ildə respublikanın 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyunun qazılması üçün layihə sənədləri hazırlanır. Quyularda qazma işlərini cari ilin sonuna kimi qazılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcəkdir. 2018-ci ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələrində olan bu layihələrdə nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Məmməd Əsədov


Kateqoriya : İQTİSADİ Baxış sayı : 588

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...