SİYASƏT
A- A A+

ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olundu

2018-02-05 10:00:54

.

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib. Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib. Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını qeyd edib. Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb. "Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləyib, bu əsərin ərsəyə gəlməsində və onun kinemotoqrafiyasında Leyla Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb. Daha sonra baş tutan filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və böyük emosional təəssürat yaradıb. Qeyd edək ki, bu səfir Süleymanov həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, o cümlədən irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 328

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...