SOSİAL
A- A A+

Yanvarda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir keçirilib

2018-02-03 10:25:11

.

Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən, yanvarda dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyətləri, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib. Nazirliyin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Tərtər, Xocavənd, Qusar, Füzuli, Bakının Yasamal və Qaradağ rayonları, o cümlədən Sumqayıt şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü, hərbi hissələrin yaradılmasının ildönümləri, Azərbaycanın Milli qəhrəmanlarının anım mərasimləri və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.

Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə yanvarda Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 videomaterial hazırlanıb, media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanallarının cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılması üçün iki icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri 6 tədbirə dəvət olunublar.


Kateqoriya : SOSİAL Baxış sayı : 362

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...