SOSİAL
A- A A+

Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər

2018-02-02 08:50:37

“Azərbaycan Dəmir Yolları”ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən bir qrup dəmiryolçu “Həqiqət”tarixi araşdırmalar ictimai birliyinin nəzdində fəaliyyət göstərən Şəhidlər Muzeyini ziyarət etdilər

“2 fevral-Azərbaycan Gənclər günü” ilə əlaqədar təşkil edilən görüşü “Həqiqət”tarixi araşdırmalar birliyinin sədri, Qarabağ qazisi “General Əli bəy”- Əlövsət Qasımov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əli müəllim Birliyin fəaliyyəti haqda qısa məlumat verdi. Bildirdi ki, fəaliyyət göstərdiyimiz 7 il ərzində böyük uğurlara imza atmışıq. İndiyədək Muzeyi 9 min nəfərdən çox insan ziyarət edib.Bunların arasında Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin deputatı Azay Quliyev, Milli Məclisin deputatları-İqtisad elmləri doktoru, Prof. Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Məlahət Həsənova, Adil Əliyev,Tahir Rzayev, Azər Badamov, Aydın Hüseynov, Respublika Aviasiya Akademiyasının Hüquq Kafedrasının müdiri, Hüquq elmləri doktoru, prof., ehtiyatda olan general-mayor Aydın Qasımov, Akademik Vəli Əliyev, xalq artisti Flora Kərimova, Respublikamızın baş Onkoloqu, Prof., Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, “Bakı” Göz Klinikasının qurucusu, T.e.d., Prof. Kərəm Kərimov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Qafqazmedia” ictimai birliyinin sədri Hacı Azadə -Taleh Abbaszadə və başqaları var.

Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidməti rəisinin sabiq müavini, ehtiyatda olan Ədliyyə polkovniki Niyazi Məmmədov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu, Zəngilan rayon İcra Hakimiyyətinin sabiq başçısı, Zəngilan rayonundan məcburi köçkün Ələkbər Həşimov, "Həqiqət" tarixi araşdırmalar ictimai birliyinin icraçı direktoru, şəhid bacısı Rumanə Əmirəliyeva, "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiri, şəhid Etibar Əliyevin atası Allahverdi Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hər bir insanın xatirəsinin hamımız üçün əziz olduğunu diqqətə çatdırdılar. "Azərbaycan DəmirYolları"ASC-nin nümayəndəsi Məhərrəm Əliyev rəhbərliyin salamlarını və ən xoş arzularını "Şəhidlər muzeyi"nin kollektivinə çatdırdı. Daha sonra Muzeyə baxış oldu.

Şamilə Şamilqızı, Aynurə Məmmədova. Fotolar: Elbrus Vətən oğluna məxsusdur.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 405

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 21:35:51

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və...

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...