MÜSAHİBƏ
A- A A+

”Səhiyyə mədəniyyətinin formalaşmasına təhsildən, orta məktəblərdən başlamaq lazımdır ”

2018-02-01 13:30:18

Bu gün bir çox insanları tibbi maarifçiliyin aşağı olması, xəstəliklərin artması və digər məqamlar narahat etməkdədir

Çünki müharibə şəraitində, Ermənistanın işğalçılıq siyasəti nəticəsində xeyli soydaşımızın köçkün şəraitində yaşaması, ekoloji problemlərin artması və dünyada gedən bir sıra proseslər insan faktoruna mənfi təsir göstərir. Bu və digər məqamlara Atlas Tibb Mərkəzinin tibb direktoru Zaur Vəlicanov aydınlıq gətirir: -Dünyada texnoloji yeniliklərin, tibb elmiinin inkişafına baxmayaraq, xəstəliklər artmaqda davam edir. Necə düşünürsünüz bunun səbəbləri nədir?

-Həqiqətən dünya təbabətində inkişaf davam etməkdədir, yeni müalicə üsulları tapılır, bu üsullar təkmilləşir. Ancaq xəstəliklər də artır. Bunun səbəbləri çoxdur. İqlim dəşikliyi, ətraf mühitdə baş verən proseslər, düzgün olmayan qidalanma rejimi, azhərəkətlilik, uzunmüddətli oturaq iş rejimi, radiasiya, kimyəvi molekullar, süni qidalar və digər amillər bu xəstəliklərin artmasına təsir edir. Həmçinin stress faktoru, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı fəsadlar insan sağlamlığına, ətraf aləmə təsirsiz ötüşmür. -Bunun qarşısını almaq və ümumilikdə bu xəstəliklərdən qaçmaq üçün nə etmək lazımdır?

-Təbii ki, müəyyən qədər insanların qida rejiminə, yaşayış tərzinə əməl etməsi, daha çox təbii qidalara üstünlük verməsi, gün ərzində lazımı qədər hərəkətliklik, süni qidalardan qaçmaq, xəstələnərkən vaxtında həkimə müraciət etmək və digər amillər bir çox fəsadların, xəstəliklərin qarşısını alar. Elə məqamlar var ki, bu insanın özündən asılıdır. Kompüterdən, mobil telefonlardan asılılığın aradan qaldırılması şüalanma riskini xeyli azaldar. Bu gün geni dəyişdirilmiş məhsullar dünyada geniş yayılır. Bütün bu qidalar birbaşa sağlamlığa təsir göstərir. Ona görə də sağlam olmaq üçün belə süni qidalardan qaçmaq lazımdır.

- Xəstəliklərin düzgün diaqnostikası məsələsi çox vacibdir. Necə düşünürsünüz Azərbaycanda bu işi yetərli saymaq olarmı?

-Mən deyərdim diaqnostika işi çoxda yaxşı deyil. Burada ciddi problemlər var. Tibb təhsilində mövcud olan problemlər bu sahəyə təsir edib. Uzun illər bundan əvvəl tətbiq olunan şablon ənənənlər bu gün yetərli deyil. Praktika ilə bərabər güclü müasir elmi nəzəriyyələrə istinad olunmalıdır. Dünyada o cümlədən qardaş Türkiyədə tətbiq olunan elmi nəzəriyyələr praktik nəticələrə əsaslananda yekunda müsbət gözləntilər olur. Düşünürəm ki, biz xarici elmi təcrübələrdən daha çox faydalanmalıyıq.

-Bəs bu geriləməni aradan qaldırmaq üçün nədən başlamaq lazımdır?

-Tibb təhsili, ümumilikdə təhsilimiz inkişaf etməlidir. Təhsil sahəsində olan problemlər bütün cəmiyyətə və həmçinin tibb sahəsinə mənfi təsir edir.Türkiyədə dünya standartlarına uyğun tibb təhsili formalaşır. Mənim qənaətimcə, biz qardaş ölkənin təcrübəsindən yararlanmalıyıq.

-Çalışdığınız bu, klinika haqqında hansı məlumat verə bilərsiniz?

-Atlas klinikası 10 ilə yaxındır fəaliyyət göstərir. Azərbaycanda bir çox tibb ocaqları bizim təcrübəmizdən öyrənirlər. Atlas klinikasında çox peşəkar kadrlar çalışır. Klinika urologiya, ginekologiya, dermatologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və digər müxtəlif vacib sahələri əhatə edir. Dünyanın ən tanınmış tibb təhsil müəssisələrində və ölkə daxilində təhsil almış mütəxəssisələr Atlas klinikasında uğurlu fəaliyyətləri ilə özlərini təsdiq ediblər. Müasir tibbi avadanlıqların köməyi ilə düzgün müayinə, analizlər və müalicə həyata keçirilir.

-İnsanlarda səhiyyə mədəniyyətini qaldırmaq üçün bu gün nə etmək lazımdır?

-Bu hər cəmiyyətdə önəmli olan məsələdir. Təhsilin səviyyəsi kifayət qədər təkmil olmayan cəmiyyətdə səhiyyə mədəniyyətindən danışmağa yer yoxdur. Mən bizim təhsil sistemimizə nəzər salıram. Təhsildə olan bu problemlər birbaşa səhiyyə mədəniyyətinin aşağı düşməsinə təsir göstərir. Maarifçilik işini, səhiyyə mədəniyyətinin formalaşmasını təhsildən, orta məktəblərdən başlamaq lazımdır.

-Çıxış yolunu nədə görürsünüz?

-Fərd olaraq, cəmiyyət olaraq bu problemin həllinə dəstəyimizi göstərməliyik. Təhsilin keyfiyyəti qalxmalıdır. Bütün bunlar kompleks məsələdir. İslahatlar real vəziyyətə uyğun olaraq həyata keçirilməlidir, genişlənməlidir. İnsanlar vətənpərvər olmalıdır. İstər təhsildə, istər digər sahələrdə vətənpərvər yanaşma olmalıdır. O zaman bir çox problemlər həllini tapar. Azərbaycan müharibə şəraitində olan, işğala məruz qalan ölkədir. Belə məqamda mediada, TV-lərdə vətənpərvər ruhlu, maarifçilik missiyası daşıyan məlumatlara, verilişlərə önəm verilməlidir. Bu gün bəzi telekanallarda gedən tibb maarifçilik işinin maarifləndirməyə dəxli yoxdu. Ora həkim adı ilə çıxan bəzi şəxslər yalnız özlərini reklam edirlər. Elmli, nüfuzlu, peşəkar insanları maarifçilik işinə, həmin verilişlərə dəvət etmək lazımdır.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 728

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...