CƏMİYYƏT
A- A A+

“Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr”

2018-01-31 12:15:27

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr” sərlövhəli məqaləsi dərc edilib

Müəllif yanvarın 27-nin Holokost qurbanlarının Beynəlxalq Anım Günü olmasını vurğulayaraq yazır ki, Holokost və İkinci Dünya müharibəsi bəşəriyyət tarixində çox böyük faciədir. AZƏRTAC xəbər verir ki, M.Yevdayevin sözlərinə görə, İkinci Dünya müharibəsi dövründə Azərbaycanın orta hesabla hər altı sakinindən biri nasistlərə qarşı vuruşlarda həlak olub, o cümlədən 400 minə yaxın azərbaycanlı nasizmin qurbanı olub. Həmişə tolerantlıq mərkəzi kimi fərqlənən Azərbaycan Ikinci Dünya müharibəsi dövründə yəhudilərə sığınacaq verib. Hitler Azərbaycanın zəngin təbii ehtiyatlarını, xüsusən neft və qaz yataqlarını ələ keçirmək üçün Bakını tutmaq istəyirdi. Ona görə də Hitlerin bu niyyətini həyata keçirə bilməməsi üçün böyük səylər sayəsində Stalinqradda nasistlərin yolu kəsildi.

Yevdayev Holokost qurbanlarını yad etməklə bərabər Azərbaycanın Xocalı şəhərindən olan məcburi köçkün Anar Usubov haqqında da yazır. Azərbaycan Yəhudilər İcmasının başçısı qeyd edir ki, Anarın mənsub olduğu böyük ailənin 25 üzvü 1992-ci il Xocalı qırğını zamanı erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Müəllif yazır ki, Anarın babası Şahhüseyn Holokost zamanı neçə-neçə yəhudini xilas etmiş qəhrəman olub. Usubovlar azərbaycanlı, müsəlmandırlar. Bu fakt yəhudiləri ölümün pəncəsindən xilas etmiş Şahhüseyn qəhrəmancasına hərəkətlərində xüsusi rol oynayıb. Şahhüseyn sovet hərbi əsiri kimi Osventsim cəza düşərgəsində saxlanılırdı. Onun düşərgəyə gətirildiyi gün orada dəhşətli bir seçim aparılırdı: yəhudiləri qırmaq üçün başqalarından ayırırdılar. Şahhüseyn başa düşdü ki, nasistlər yəhudiləri müsəlmanlardan ayırmaq məqsədlə Quran ayələrini əzbər demələrini tələb edirdilər. Şahhüseyn yəhudiləri xilas etmək məqsədilə qısa müddətdə onlara Quran ayələri öyrədir. Bir müddətdən sonra nasistlər Şahhüseyn bu planını başa düşür və onu döyərək ölümcül vəziyyətə salırlar. Məhz bu insanın mərdliyi sayəsində həmin gün Osventsimdəki yəhudilərin çoxu salamat qalır. Müəllif sonda yazır ki, Azərbaycanda Şahhüseyn kimi insanlar çoxdur, bu ölkədə yəhudiləri əsrlər boylıu müdafiə ediblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 335

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...