SİYASƏT
A- A A+

AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti

2018-01-27 11:00:36

.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatıb. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak edərək, ölkəmizin maraqlarını yüksək səviyyədə qoruyublar. AZƏRTAC xəbər verir ki, Azərbaycan sessiyada rotasiya prinsipi əsasında yenilənmiş nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edildi və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri oldular. Sessiya çərçivəsində Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib. O, qış sessiyasının iclaslarına sədrlik edib. “AŞPA-da seçkilər nəticəsində əldə etdiyimiz bu uğur Avropa Şurasının Bürosu və Assambleyasında iclaslara sədrlik edərək ölkəmizin səsinin daha yüksək tribunalardan eşidilməsinə yeni imkan yaradır”, - deyə Səməd Seyidov bildirib. “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda müzakirələrə qoşulan Səməd Seyidov Türkiyənin “Zeytun budağı” həbi əməliyyatlarına başlamasını dəstəkləyərək, ona terror təşkilatlarına qarşı apardığı mübarizədə haqq qazandırıb. Onun bu mövqeyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək qiymətləndirilib. Azərbaycan Milli Məclisinin deputatları AŞPA-da komitə, alt komitə sədri və sədr müavinləri seçiliblər. Nümayəndə heyətimizin üzvü Vüsal Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini, Sevinc Fətəliyeva isə yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçiliblər. AŞPA-nın qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəsinə iki il sədrlik edən Sahibə Qafarova qurumun xüsusi təşəkkürünə layiq görülüb. Qənirə Paşayeva qrup sədrləri komitəsində ölkəmizi təmsil edib.

Sessiya çərçivəsində Sevinc Fətəliyeva “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsində Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən uşaqların daha çox əziyyət çəkdiyini bir daha diqqətə çatdırıb. Məruzə ətrafında çıxış edən deputatlarımız erməni vandalizminin qurbanı olan balaca Zəhranın şəklini zalda nümayiş etdiriblər. Vüsal Hüseynovun məruzəsi “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” məsələsinə həsr olunub. Hər iki məruzə avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub. Nümayəndə heyətimizin Dağlıq Qarabağ icmasından olan üzvü Rövşən Rzayev sessiyada Ermənistanın indiki müdafiə nazirinin azərbaycanlılara qarşı etnik təmizləmə apardığını diqqətə çatdırıb, erməni deputatlardan həqiqətləri təhrif etməməyi tələb edib. Qurumda müxtəlif görüşlər keçirib, əlaqələr yaradıb, Dağlıq Qarabağ haqqında məlumatlar verib.

Nümayəndə heyətimizin yeni üzvləri Asim Mollazadə, Ülviyyə Ağayeva və Elşad Həsənov komitə və alt komitə iclaslarına qatılaraq ilk sessiyada fəal olublar. Asim Mollazadə müxalifət partiyasının üzvü kimi Monitorinq komitəsinin üzvü seçilib. Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq nümayəndə heyətimizin bütün üzvləri – Rafael Hüseynov, Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Fazil Mustafayev, Asim Mollazadə, Sabir Hacıyev, Elşad Həsənov qış sessiyasında fəal olublar. Onlar Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın xalqımıza qarşı törətdikləri cinayətlər, BMT-nin münaqişə ilə bağlı qətnamələri barədə çıxışlar edərək, qurumun yeni üzvlərini məlumatlandırıblar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 702

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...