SOSİAL
A- A A+

“Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatı keçirməsi mümkündür”

2018-01-27 10:40:19

.

ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya təmsilçiləri son vaxtlar Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olması ilə bağlı dəfələrlə bəyanat verib. Bu politoloq və siyasi şərhçilər səviyyəsində də təkrarlanıb.

Bu fikirləri politoloq Arzu Nağıyev deyib. Politoloq qeyd edib ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bu barədə fikirlər səsləndirib. A. Nağıyevin sözlərinə görə, onlar münaqişənin həllində Rusiyanın açar fiqur olmadığını vurğulayıblar və bununla münaqişənin həllini Azərbaycan və Ermənistanın üzərinə qoymaqla müəyyən qədər məsuliyyətlərini azaltmağa çalışırlar. Politoloqun fikrincə, münaqişənin tənzimlənməsi ilə bağlı görüşlərin keçirilməsi özü müsbət hal sayıla bilər: “Son zamanlar qoşunların təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsi ortaya çıxıb. Həmsədrlərin regiona səfəri zamanı bu məsələ gündəmdə ola bilər”. A. Nağıyev əlavə edib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bu yaxınlarda münaqişə ilə bağlı verdiyi açıqlama diqqəti cəlb etdi. Bu o deməkdir ki, müəyyən tendensiya və ya irəliləyiş ola bilər.

Rusiyanın Ermənistanı dəstəklədiyini deyən politoloq əlavə edib ki, Rusiya Ermənistanda keçiriləcək seçkilərdə sakitliyi qorumaq üçün addımlar atır: “Ermənistanda keçiriləcək seçkilərin əsas meyarı Dağlıq Qarabağ münaqişəsi və kartın üzərində qurulub. Serj Sarkisyan bu kartdan istifadə edir, o Rusiyanı razı sala bilən bir prezidentdir. Rusiyada seçki ili olduğundan o özünü humanist addım atan dövlət kimi göstərəcək. Lakin heç də inandırıcı görünmür ki, bu münaqişənin həllidir”. A. Nağıyev qeyd edib ki, ermənilər Qarabağ seperatçılarına müstəqillik söz verib və bu kartla oynayırlar. Amma onlar müstəqillik əldə edəsi deyil. Çünki Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatı keçirməsi mümkündür: “2016-cı ildə baş verənlər də göstərdi ki, heç bir dövlət bizi buna görə qınaya bilməz. Həmçinin Sarkisyanın AŞPA-dakı çıxışından sonra Azərbaycanın ona reaksiyası göstərdi ki, biz müəyyən addımlar ata bilərik. Azərbaycan danışıqlar prosesində diktə edən tərəfdir. Ermənilər danışıqlar masasına gətirilməli və bizim diktə etdiyimiz şəkildə münaqişə həllini tapmalıdır”.(Azadinform)


Kateqoriya : SOSİAL Baxış sayı : 934

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...