MƏDƏNİ
A- A A+

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

2018-01-27 10:30:29

.

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir. Qeyd edək ki, qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədiləAzərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulmuşdur. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilib. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, “Arxeloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi olub. Həm də Şuşa torpağının yetişdirdiyi yüzlərlə mədəniyyət, maarif və elm xadimləri Azəbaycan tarixində silinməz izlər qoyublar. Azərbaycan Xalça Muzeyinin dönə-dönə bu mövzuya toxunması Qarabağın, xüsusən də Şuşanın talan edilmiş tarixi incilərini, maddi-mədəniyyət abidələrini təqdim etməkdə məqsədi dünya ictimaiyyətinə bir daha həqiqəti, ermənilərin vandalizmini göstərməkdən ibarədir. Bu, həm də Qarabağın tarixinə qüssəli səyahətdir. Bu yola Şuşadan başlamaq daha doğru olardı... Qeyd edək ki, MEK-ə Azərbaycan Xalça Muzeyindən “Azerbaijan Carpet Museum” - Азербайджанский Музей Ковра” və “Lətif Kərimov Azərbaycan Xalça Muzeyinin kolleksiyasından” kitabları da daxil olub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 167

QHT və MEDİA

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

CƏMİYYƏT

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...