QHT və MEDİA
A- A A+

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

2018-01-26 08:40:31

.

Yanvarın 25-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il payız sessiyasının hesabatı və 2018-ci il üçün yaz sessiyasının qanunvericilik işlər planı haqqında müzakirələr aparılıb. Bildirilib ki, 2017-ci ilin payız sessiyası dövründə komitənin fəaliyyəti ərzində altı iclası keçirilib. Həmin iclaslarda 14 məsələ müzakirə edilib, 12 qanun layihəsi Milli Məclisə tövsiyə olunub. Komitəyə 473 sənəd, o cümlədən vətəndaşlardan 389 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub. Komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır.

Sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirə edilib. Komitə sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi səkkiz fəsil, 40 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin birinci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Həmçinin əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qanun layihəsi barədə fikir və təkliflərini səsləndirib. Bildirilib ki, ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 11-12 faiz çoxalıb. Gözdən əlillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Nazir müavini qeyd edib ki, hazırda ürək-damar xəstəliklərinə görə əlillik dərəcəsi alan şəxslər əlillər arasında birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. Hazırda bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb. Layihə müzakirə olunduqdan sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, bu, ilk oxunuş-konseptual oxunuşdur və üzərində müəyyən işlər görüləcək. Milli Məclisin plenar iclasına tövsiyə olunmayan layihə fevralın 13-dək işlənməsi üçün yenidən müvafiq şöbəyə qaytarılıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 189

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...