TƏDQİQATLAR
A- A A+

Beynəlxalq Böhran Qrupu, Dağlıq Qarabağda status kvonun saxlanmasında maraqlıdır

2018-01-25 11:40:08

.

Beynəlxalq Böhran Qrupunun Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində yazır, “Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər”. M.Qrono regionda Rusiya və Türkiyə dövlətlərinin qarşılaşa biləcəyinə diqqət çəkmək istəyir. Lakin cənab M.Qrono bilməlidir ki ABŞ-ın ağır sanksyaları ilə üzləşən Rusiyanın Türkiyə ilə münasibətlərinin qurulması bu zərururətdən yaranmışdır.

Bu baxımdan ilbəil daha sürətlə iqtisadi böhrana yuvarlanan Rusiya Türkiyə ilə hərbi qarşıdurmaya getməz bu baxımdan Qarabağ probleminin hərbi yolla həllində regional fəlakət gözlənilmir. Bu məlumatı paylaşmaqda Beynəlxalq Böhran Qrupunun məqsədi; Azərbaycanı Dağlıq Qarabağ probleminin silahlı yolla həllindən çəkindirməklə, regionda status kvonun (Ermənistanın xeyrinə) saxlanmasına xidmət edir.

Bu təşkilat Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda Ermənistanın danışıqlarda spikulyasiya etdlyini, danışıqları uzatmaqla problemin həllini ləngitmək istədiyini, çox gözəl anlayır.

Amma nədənsə işğalcı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməsindən, Ermənistanın işğalcılıq və işğal edilmiş ərazilərdə həyata kecirdiyi etnik təmizləmə cinayətlərindən, işğalcı Ermənistandan beynəlxalq hüququn imperativ prinsiplərinə riayət edərək işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi üçün BMT Nizamnaməsində və qərarlarında təsbit olunmuş mexanizmlərini nəzərə almamasından danışmır.

Bəs onda niyə özünü “tərəfsiz” qələmə verən bu qeyri-hökumət təşkilatı ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin damşıqları cərcivəsində tərəfləri kompromis əldə etməyə cağırır? Niyə?!!!

Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Dövləti Ermənistan qarşısında hansı kompromisə getməlidir?

O zaman kar və kor olmaq lazımdır ki, BMT Təhlukəsizlik Şurasmın 822, 853, 874, 884 saylı qətnaməlorində, Avropa Şurası Parlament Assambleyasınm 1416(2005) saylı qətnaməsində, Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi "Avropa İttifaqımn Cənubi Qafqaz uzrə Strategiyası" adlı qətnaməsində, İslam Konfransı Təşkilatınm, ATƏT-in və digər beynəlxalq təşkilatlarm coxsavlı sənədlərində Azərbaycanın ərazilərinin işğal edilməsi, yüz minlərlə Azərbaycan vətəndaşının məcburi köckünə cevrilməsi və Azərbaycanda hümanitar böhran vəziyyətinin yaranması faktları təsbit edilmiş sənədləri nəzərə almayasan.

Beynəİxalq Böhran Qrupu yaydığı bu məlumatda, Ermənistamn Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlının qacqm və məcburi kockun halına düşməsi, bunun da nəticəsində Azərbaycanda humanitar böhranın yaranması kimi ifadələr işlətməkdən belə yan kecməsi görəsən nədən qaynaqlanır?

Böhran qrupu, işğal altmda olan ərazilərin azad edilməsi və Azərbaycanm beynəlxalq səviyyədə tanmmış sərhədləri çərcivəsində dövlət suverenliyinin təmin edilməsi, qacqın və məcburi köckunlərin pozulmuş hüquqlarının bərpa edilməsi, onların oz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarımn təmin edilməsi məsələlərinə biganə yanaşmamalıdır.

Dağlıq Qarabağ problem ətrafında Ermənistanın mövcud mövqeyi problemin sülh yolu ilə həllinə mane olur. Belə bir şəraitdə Azərbaycan işğal altındakı ərazilərini öz sərhədləri daxilində yalnız silahlı yolla azad etməkdən başqa çarəsi qalmır. Problemin hərbi yolla həllinə beynəlxalq hüququn və beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı qəbul etdikləri çoxsaylı sənədlər hüquqi şərait yaradır. Mən şəxsən Azərbaycanın Dağlıq Qarabağ məsələsində Ermənistana öz ərazilərini Ermənistana güzəştə gedəcəyinə əmin deyiləm.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında qeyd etdi ki, danışıqlar prosesi intensivləşsə də, nəticə yoxdur. Çünki erməni tərəfi qeyri-konstruktiv mövqe tutmaqda davam edir, eyni zamanda, Azərbaycan tərəfi üçün qeyri-məqbul şərtlər irəli sürür. Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, Azərbaycan özünün ərazi bütövlüyünün bərpası məsələsində Ermənistana güzəştə getməyəcək.

Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 431

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...