QHT və MEDİA
A- A A+

Hərbi hissənin şəxsi heyətilə görüş keçirilib

2018-01-24 22:45:12

Bu il Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olur

Ötən 100 ildə nələr çəkmədi başın,Vətən?Yüz minlərlə oğul-qızın namərd qonşularımız olan erməni daşnaklarının fitvasıynan doğma yurd yuvasından qovuldu, dinc əhalinin, xüsusən də, qocaların, ana-bacıların, körpələrin başlarına olmazın müsibət gətirdilər. İndi 2018-ci ildir. Rəsmi məlumatlara görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir.Doğrudur, dünyada baş vermiş iqtisadi sıxıntılar fonunda ölkəmizdə də sıxıntılar da var.İnsanların çoxu işsizlikdən əziyyət çəkir.Lakin,ümidsizliyə qapılmaq olmaz.Çünki, hegemon dövlətlərin çoxu Azərbaycana yem yeri kimi baxırlar.

Biz, Vətənimizin ərazi bütövlüyünü qorumaq üçün dəridən-qabıqdan çıxan ər oğulları salamlayır, şəhidlərin narahat ruhları qarşısında baş əyirik. Əbəs yerə deyiblər ki:"Ordun varsa, yurdun var, Ordun yoxsa, Yurdun yoooxxxx.. Bu günlərdə Respublika Daxili İşlər nazirlyinin Daxili Qoşun hərbi hissəsində, habelə, Dövlət Sərhəd xidmətinin tabeçiliyində olan hərbi hissə və taborlarda maraqlı tədbirlər keçirən "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları "N" saylı hərbi hissəyə baş çəkdik. Hərbi hissənin yaradılmasının 24-cü ildönümü ilə əlaqədar təşkil edilən tədbiri hərbi hissənin zabiti Əflatun Aslanov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad edildi.

Hərbi hissənin zabiti Vüqar İsbəndiyarov Azərbaycan Ordusunda xidmət etdiyi dövrdə qarşılaşdığı çətinliklərdən danışdı.Qeyd etdi işğal edilmiş torpaqların düşmən tapdağından azad edilməsi hamımızın ürəyimizcədir.Vüqar müəllim, şəxsi heyətin ən xoş arzularını Respublikanın Müdafiə nənab Zakir Həsənova çatdırdı.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin şöbə müdiri Dilbər Sultanova, "djb.az"saytının qurucusu və rəhbəri Almaz Əhmədova, sabiq döyüşçülər - Gəray Əsədov, Rizvan Qasımov, Xocalı rayon Səhiyyə şöbəsinin müdiri, Qarabağ qazisi, doktor Aqil Məmmədov, rabitəçi Dürdanə Ağayeva və başqaları hərbi hissənin şəxsi heyətinə ən xoş arzularına çatdırdılar. Hərbi hissənin tabeçiliyindəki kəşfiyyat qrupunun ərənləri tədbir iştirakçıları qarşısında nümunəvi çıxış etdilər. Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi Göygöl nümayəndəliyinin üzvləri rəngarəng konsert proqramı ilə şəxsi heyətin könlünü oxşadılar. Cəbhə bölgəsində, şaxtalı havada keçirilən tədbir nəinki zabit və əsgərlər, hətta, qonaqlar tərəfindən də böyük maraqla qarşılandı.

Dilbər Sultanova,

Şamilə Şamilqızı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 259

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...