SOSİAL
A- A A+

“Ömür qatarı” –na baxış

2018-01-24 10:00:34

.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni ildə ilk tamaşasını təqdim edib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanmış tamaşanın premyerası uğurla keçib. Teatrın 136-cı mövsümün anşlaqla keçən ilk premyerasında Qırğızıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər. Əsəri Azərbaycan dilinə tanınmış şair-dramaturq Hidayət tərcümə edib. Əsərdə insan taleyi, insani məsələlər ön plana çəkilib. Hadisələr birinci hissədə sərnişin qatarında, vaqonda cərəyan edir. İkinci hissədə isə hadisələr qatardan enmiş səhrada dəmir yolunun üzərində davam edir. Hansı ki, bu qatarda iki gənc evlənməyə, bir qadın isə nə vaxtsa qısa vaxtda sevdiyi oğlanın qəbrini ziyarətə gedir. Tamaşada müxtəlif insan taleləri əks olunur. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir. Rollarda Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Şəbnəm Cəbrayılova, Tural Xəlilzadə, Elçin Hacıyev və Rövşən Cəfərov çıxış ediblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 481

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...