SİYASƏT
A- A A+

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi”

2018-01-24 09:10:38

.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir. “Biz bu istiqamətdə hələ də işləyirik. Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək. Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir. Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”, - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, neft və qaz çox iş yeri yaratmır: “Buna görə də həmişə təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə baxmalıyıq. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Onlar ağrılı islahatlar olmadı. Çünki bəzən radikal islahatlar edəndə, ilk mərhələ ağrılı olur. Bizim dövlət dəstəyinə ehtiyacı olanlar üçün sosial paketimiz var. Başladığımız dərin və hərtərəfli iqtisadi islahatlar siyasətini davam etdirəcəyik”.

İ. Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığı dəstəkləmək üçün xüsusi fond mövcuddur. Onun sözlərinə görə, bu fond vasitəsilə son 10 ildə özəl sektora 2 milyard dollar güzəştli kredit verilib: “Azərbaycanda xüsusilə regional inkişafa xüsusi diqqət ayırmışıq. Hazırda regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk. Bu proqramın əsas şərtlərindən birincisi infrastrukturdur. Son 15 ildə kənd yolları da daxil olmaqla, 12 min kilometrdən çox yol çəkmişik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 284

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...