SİYASƏT
A- A A+

“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib”

2018-01-23 22:05:54

"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur"

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.

Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır. Azərbaycan məhz belə münasibətlər qura bilib. Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil.Hesab edirəm ki, qonşularının əksəriyyətindən kiçik ölkə üçün belə bir uyğun balansı tapmaq və bu qonşuluqdan fayda əldə etmək çox vacibdir. Böyük qonşu böyük bazardır. Bizim üçün ən yaxşı bazar qonşulardır. Ölkələrimiz arasında qarşılıqlı maraqlar mövcuddur. Təbii ki, bir-birimizin daxili işinə qarışmırıq. Qonşuları ilə əməkdaşlıqda praqmatik və praktik yanaşma ölkəmizin uğurunun, daxili stabilliyinin və gələcək üçün yaxşı perspektivin əsas səbəbidir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 339

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...