SİYASƏT
A- A A+

Əcnəbi media Azərbaycanın Avropa Məhkəməsində qələbəsindən yazıb

2015-06-22 09:55:46

Avropanın aparıcı media portallarından olan “Euractiv” Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə məqalə yayıb

Məqalədə erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının şikayəti əsasında Avropa Məhkəməsinin iyunun 16-da verdiyi qərarda Ermənistanın Dağlıq Qarabağ ərazisinə nəzarət etməsinin təsdiqləndiyi bildirilir. Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini zəbt etməsi faktının məhkəmə tərəfindən təsdiqləndiyi vurğulanır. Qeyd edilir ki, həmin vətəndaşlar zorla çıxarıldıqları Laçın rayonundakı mülkiyyətindən istifadə edə bilməmələri səbəbindən məhkəməyə müraciət ediblər.
Məqalədə deyilir: “Məhkəmə xüsusilə qeyd edib ki, Ermənistan hökumətinin keçmiş və hazırkı nümayəndələri daxil olmaqla verilən ictimai bəyanatlar və bir çox hesabatlar göstərib ki, Ermənistan ilk gündən öz hərbi mövcudluğu, eləcə də hərbi təchizat və təcrübəsini təmin etməklə Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə iştirak edib. Sözügedən ərazilərə nəzarət baxımından Ermənistanın hərbi dəstəyi həlledici olmaqda davam edib. Həmçinin məsələ ilə bağlı əldə edilən faktlar əsasında aydın olub ki, Ermənistan Dağlıq Qarabağa əsaslı siyasi və maliyyə dəstəyi verib. Həmçinin Dağlıq Qarabağ heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığından orada yaşayan şəxslərə xaricə səyahət üçün Ermənistan pasportları əldə etmək lazım gəlib. Ermənistan və Dağlıq Qarabağ demək olar ki, bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və onun idarəçiliyi Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və s. dəstək sayəsində həyata keçirilib”. Məqalənin sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Məhkəməsinin qərarı ilə bağlı bəyanatından fikirlərə də yer verilib.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 739

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

2018-09-17 09:30:12

CƏMİYYƏT
Parad Azərbaycan-Türkiyə birliyinin sars...
Parad Azərbaycan-Türkiyə birliyinin sars...

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyab...

İQTİSADİ

2018-09-12 11:20:53

İQTİSADİ
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş üz...

2018-09-10 21:25:18

İQTİSADİ
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...

Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Ko...