TƏDQİQATLAR
A- A A+

Beynəlxalq və Milli Mühasibat uçotu standartları mövcud vəziyyət

2015-03-29 09:40:54

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının müdiri, professor Sifariz Səbzəliyevin yazısını Fact-info.az saytı oxuculara təqdim edir

Son illərdə, xüsusən 2008-ci ildən başlayaraq Azərbaycanda Maliyyə Hesabatının Beynəlxalq Standartlarına, xüsusən də Milli Mühasibat Uçotu Standartlarının tətbiqinə maraq kifayət qədər artmışdır. Belə bir marağın başlıca səbəblərinə əsasən aşağıdakıları aid etmək olar. Səbəblərdən birisi, bəlkədə birincisi həmin dövrdə Azərbaycana çox böyük həcmdə xarici investisiya axını ilə birbaşa əlaqədardır. Bu bir həqiqətdir ki, ictimai əhəmiyyətli qurumları maliyyə vəziyyəti və maliyyə nəticələri haqda səhih informasiyalara malik olmayan beynəlxalq təşkilatlar respublikaya investisiya qoymaqda tərəddüd edirlər və bəzən də çətinlik çəkirlər. Bu gün Azərbaycan şirkətləri üçün nəhəng fond birjalarına çıxış bilavasitə onların uçot və hesabat sisteminin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib olunması ilə mümkündür. Uçot və hesabatın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun sürətdə formalaşması respublika müəssisələrinin beynəlxalq kapital bazarlarına qovuşmaq imkanlarını ön plana çıxara bilər. Digər bir səbəb maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə hazırlanması və təqdimatı ilə bağlıdır. Konkret olaraq deməliyik ki, hazırda müəssisələrin bir qismində tərtib olunan maliyyə hesabatları özlərinin şəffaflığı, istifadəçilər, xüsusən də investorlar üçün səmərəliliyi nöqteyi – nəzərindən müasir tələblərdən bir qədər geri qalır. Beynəlxalq Standartlar isə yarandığı gündən konkret istifadəçilərə istinad edir və istifadəçilərin iqtisadi qərarlarının qəbulu üçün zəruri sayılan maliyyə informasiyalarının səmərəliliyi meyarından irəli gəlir. Daha bir mühüm səbəb ondan ibarətdir ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından istifadə olunması mühasibat uçotunun aparılması üçün prinsipcə yeni milli qaydaların hazırlanması üçün lazım gələn müddətin və resursların əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradır. Azərbaycanda bilavasitə bu yola üstünlük verilmiş və yeni Milli Uçot Standartları Beynəlxalq Standartlara maksimum uyğunlaşdırılmışdır. Bəzi qüsurlara baxmayaraq, Milli Mühasibat Uçotu Standartlarının MHBS-na uyğun sürətdə hazırlanması respublikada bazar iqtisadiyyatının tələblərinə cavab verən səmərəli mühasibat uçotu sisteminin yaradılması probleminin həlli istiqamətində çox mühüm addımdır. Respublikada MHBS və Milli Mühasibat Uçotu Standartlarının tətbiqinin əsas səbələrindən birisi azərbaycanlı mühasiblərin səlahiyyət və məsuliyyət dairələrini genişləndirilməsi, onların bilik və vərdişlərinin yüksəldilməsi ilə bir başa bağlıdır. Son nəticədə bu, maliyyə uçotunun səhihliyinin və əhəmiyyətinin, habelə bütövlükdə ölkə iqtisadiyyatının sabitliyinin yüksəldilməsinə gətirib çıxarmışdır. MHBS dünya miqyasında maliyyə hesabatlarının təkmilləşdirilməsi və harmonizasiyası istiqamətində görülən böyük işlərin səmərəli nəticəsi kimi qiymətləndirilməlidir. Bir daha qeyd etmək istəyirik ki, Azərbaycanda mühasibat uçotu sistemində aparılan islahatların başlıca məqsədi milli uçot sisteminin bazar iqtisadiyyatının və maliyyə hesabatlarının beynəlxalq standartları səviyyəsində yenidən qurmaqdan ibarətdir. Artıq Respublika səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının Beynəlxalq səviyyədə harmonizasiyasının əsas meyllləri ilə əlaqələndirilməsi istiqamətində çox ciddi işlər görülməkdədir. Milli Mühasibat Uçotu Standartlarının dərk olunması və tətbiqi ilə əlaqədar Maliyyə Nazirliyi müxtəlif mülkiyyət formali təşkilatlara kifayət qədər yüksək səviyyədə metodik kömək göstərir. Xüsusən də 2010-2012-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Dövlət İqtisad Universitetinin köməyi ilə “Mühasibat uçotu və audit” ixtisası üzrə mütəxəssislər hazırlayan ali məktəb müəllimlərinin böyük bir qrupunun Milli Mühasibat Uçotu Standartları istiqamətində ixtisaslarının artırılması və onlara müvafiq sertifikatların verilməsi məqsədilə 3 treninq təşkil olunmuşdur. Treninqlərin aparılması üçün Dövlət İqtisad Universitetində ən müasir tələblərə cavab verən auditoriyalar ayrılmış, məşğələlərin təşkilinə xaricdə təhsil almış və beynəlxalq səviyyəli sertifikatı olan mütəxəssislər cəlb edilmişdir. Dinləyicilərin tədris-metodik təminatı da yüksək səviyyədə olmuşdur. Onların hər birisinə universitetin “Mühasibat Uçotu” kafedrası və Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin bir qrup əməkdaşı tərəfindən birlikdə hazırlanılan müvafiq tədris-metodik vəsaitlər paylanmışdır. Bu qəbildən olan treninqlərin gələcəkdə də davam etdiriliməsi nəzərdə tutulur. Respublika səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının hazırlanması işi artıq başa çatmış və müəssisələrin əksəriyyətində onların tətbiqi ilə bağlı işlər görülməkdədir. Lakin gələcəkdə görüləsi işlər və problemlər kifayət qədərdir və onları həll etmədən islahatları başa çatdırmaq çətindir. Ilk növbədə müəssisələrin uçot və hesabat sahəsində metodik təminatı qaydaya salınmalıdır. Bu məqsədlə qeyri-maddi aktivlərin, torpaq, tikinti və avadanlıqların, investisiyaların, bioloji aktivlərin, təbii sərvətlərin, təxirə salınmış vergi aktivlərinin, uzunmüddətli və qısamüddətli aktivlərin, pul vəsaitləri və onların ekvivalentlərinin, kapitalın, mənfəətin, uzunmüddətli və qısamüddətli öhdəliklərin, gəlirlərin, xərclərin və s. uçotda əks etdirilməsi və sənədləşdirilməsi ilə əlaqədar yeni məlumatlar hazırlanmalı və təsdiq olunmalıdır. Kommersiya təşkilatları üçün 1 № li Milli Mühasibat Uçotu Standartlarında təsbit edilmiş və müəssisələrin iş xüsusiyytlərini nəzərə alan yeni hesablar planı (subhesablar) respublikanın uçot praktikasında uzun illər ərzində təşəkkül tapan hesablar planından köklü sürətdə fərqlənir. Zənnimizcə adı çəkilən yeni hesablar planını uçot sahəsində çalışan mütəxəssislərin iştirakı ilə həm mətbuatda, həm də müvafiq konfrans və seminarlarda müzakirə etməklə kifayət qədər sadələşdirmək və anlaşıqlı etmək çətin deyildir. Digər mühüm bir məsələ kadr təminatı (mühasib peşəsinin formalaşması, mühasibat uçotu mütəxəssislərinin ixtisaslarının artırılması) ilə bağlıdır. Əgər biz Milli Mühasibat Uçotu Standartlarını mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatlarda tədbiq etmək istəyitiksə, kadrların xüsusi kurslara cəlb olunmaq yolu ilə ixtisaslarını fasiləsiz sürətdə artırmalıyıq. Artıq üçüncü treninqdə respublikanın mühasibat uçotu və audit ixtisası üzrə kadr hazırlayan ali məktəblərinin professor və müəllim heyətinin 35 nəfəri iştirak etmişdir (onların əksəriyyəti AzDİU da çalışır). Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqinin metodiki məsələlərinə həsr olunan mövzulara treninqlərdə xüsusi yer verilmişdir. Eyni zamanda treninqlərdə Maliyyə Nazirliyinin sertifikatlaşdırma sistemi ilə bilavasitə məşğul olan xüsusi qrupunun, xüsusəndə uçot siyasəti şöbəsinin əməkdaşlarının hərtərəfli köməyi də hər addımda hiss olunmuşdur. Son illərdə digər fənnlərlə yanaşı mühasibat uçotu və hesabatla bağlı müxtəlif fənnlər üzrə imtahanlar test qaydasında kompyuterlərin köməyi ilə universitetin əsas tədris korpusunda keçirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sertifikatlaşdırma sisteminin tətbiq edilməsinə dair yaratdığı işçi qrupunun iştirakı ilə keçirilən test imtahanlarının nəticələri ilə bağlı təqdim olunan arayışda imtahanın həm obyektivlik, həm də şəffalıq baxımından ən müasir tələblərə cavab verməsi qeyd olunmuşdur. Azərbaycanın ali məktəblərində birinci dəfə tədbiq olunan belə bir test sistemi müsbət mənada çox böyük rezonans doğurmuşdur. Testlərin hazırlanmasında “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun əsas müddəalarından, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarından hərtərəfli istifadə olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən hazırlanılan və 2014-2015 ci tədris ilindən qüvvədə olan “Mühasibat uçotu və audit” ixtissı üzrə Dövlət standartına Milli Mühasibat Uçotu Standartlarının başlıca prinsiplərinin öyrənilməsini nəzərdə tutan “Mühasibat uçotu” , “Maliyyə uçotu”, “İdarəetmə uçotu”, “Maliyyə hesabatı”, “Audit”, “Maliyyə təhlili”, “İdarəetmə təhlili”, “Maliyyə hesabatının Beynəlxalq Standartları” və s. fənnlər üzrə hazırlanan proqramlar Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğunlaşdırılmışdır. Yeni tədris proqramları ilə yanaşı “Mühasibat uçotu” kafedrasının əməkdaşları tərəfindən hazırlanılan aşağıdakı dərsliklər, dərs vəsaitləri və tədris-metodiki vəsaitlər tələbə və magistrlərin ixtiyarına verilmişdir: Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotunun tədrisinə dair tədris-metodiki vəsait. Bakı – 2010 Milli və Beynəlxalq Mühasibat Uçotu praktikasında tədbiq edilən Hesablar Planı və onların xüsusiyyətləri. Bakı – 2010 “Mühasibat uçotu” fənni üzrə nəzarət sualları və testlər. Bakı – 2010 Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti. Bakı – 2010 Mühasibat uçotu (dərslik). Bakı – 2012 İdarəetmə uçotu (dərslik). Bakı – 2014 Xarici ölkələrdə mühasibat uçotu (dərs vəsaiti). Bakı – 2014 Xidmət sahələrində mühasibat uçotu (dərslik). Bakı – 2015 Beynəlxalq uçot və hesabata giriş (dərs vəsaiti). Bakı – 2012


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 2948

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...