QHT və MEDİA
A- A A+

“Müstəqil Azərbaycanın tarixində 20 yanvar”

2018-01-19 09:55:33

.

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın tarixində 20 yanvar” adlı tədbir keçirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni çıxış edərək, faciənin başvermə səbəbləri və acı nəticələri barədə məlumat verib. O, bildirib ki, “20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb”. MQF İH-nin üzvü, Türkiyə Universitetləri Məzunları İB-nin sədri Çingiz Bayramov bildirib ki, 20 yanvar faciəsi unudulmamalı, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, MQF prezidentinin müşaviri Səməd Bayramzadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, İdeal Sülhün Təbliği İB-nin sədri Əlikram Ələkbərov çıxış edərək bildiriblər ki, 20 Yanvar xalqımızın demokratiya uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Lakin imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi”. Tədbirdə MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, ADPU-nin müəllimi Qərinə Balayeva, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə, Beynəlxalq Diaspor Mərkəzinin mətbuat katibi Könül Kərimova, Gənc Mühasiblər İB-nin sədri Solmaz Əliyeva və başqaları iştirak edib. Sonda 20 yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 857

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...