SOSİAL
A- A A+

“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər

2018-01-18 10:35:36

.

İtaliyanın nüfuzlu “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı professor Andrea Marçilianonun müəllifi olduğu “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə İtaliyanın ATƏT-ə sədrliyindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün gözləntilər barədədir. Müəllif bildirir ki, İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrlik edəcəyi ilə bağlı xəbər siyasi seçkilər və iqtisadi debatlar mövzusu ilə həddən artıq yüklənmiş yerli media tərəfindən faktiki olaraq sükutla qarşılansa da, söhbət böyük əhəmiyyətə malik olan və İtaliyanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevirən hadisədən gedir. Çoxlu “isti dosyelər”in mövcudluğu ATƏT-ə sədrliyin İtaliyaya beynəlxalq səhnədə böyük nüfuz qazanması və öz maraqlarını da qoruması üçün əlverişli imkan yaradır.

Məqalədə qeyd edilir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişədir. Münaqişənin tarixi barədə danışan müəllif onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl etnik təmizləmə həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsizcəsinə şahidlik etdiyini qeyd edir. Vəziyyətin hələ də dəyişmədiyini və dövri olaraq alovlanan bu “dondurulmuş” münaqişənin davam etdiyini yazan müəllif vurğulayır ki, hərbi işğalı pisləyən, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyini bərpa etməsini və danışıqlar yolu ilə münaqişənin həllini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə, müxtəlif beynəlxalq qurumların sənədlərinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə olunmayıb. Eyni zamanda, bu problemi həll etmək üçün BMT mandatı ilə təsis olunmuş ATƏT-in Minsk qrupu da bu qrupun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın hər birinin xüsusi maraqları ucbatından demək olar ki, iflic vəziyyətinə düşüb.

Müəllif yazır ki, Minsk qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb. Təəssüf ki, bu təkliflə məhəl qoyulmayıb. Bu təcrübədən irəli gələrək İtaliyanın özünün “Alto Adice” modelini təklif etməklə münaqişənin həllinə töhfə verə biləcəyini bildirən müəllif bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır. “Alto Adice”nin belə bir muxtariyyət statusunun olduğunu vurğulayan müəllif bu regionda yaşayan almandilli azlıq olan əhalinin bütün beynəlxalq müşahidəçilər tərəfindən Avropada ən çox qorunan azlıq hesab edildiyini qeyd edir.

Bu səbəblərdən Romanın ATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayan müəllif yazır ki, bu xüsusda rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına bu münaqişənin həllinin daxil edilməsini müsbət qiymətləndirib, Minsk qrupunun ilk sədri kimi İtaliyanın o zamankı təkliflərini xatırladaraq ATƏT-in fəaliyyətdə olan sədri statusunda İtaliyanın BMT-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid etdiyini bildirib, habelə “Helsinki ruhu”nu bərpa etmək və münaqişələrin dinc yolla həllinə nail olmaq üçün əsas şərt kimi bütün iştirakçı dövlətlər tərəfindən ATƏT-in prinsipləri və öhdəliklərinə tam riayət olunmasına çağırış edib.

Azərbaycan və İtaliya arasında möhkəm münasibətlərin mövcudluğundan yazan müəllif ölkəmizin İtaliyanın əsas neft təchizatçısı olduğunu, neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edildiyini, habelə Xəzər dənizinin Azərbaycan sektorundan Cənubi Qaz Dəhlizinin başladığını, bu dəhlizin son hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) İtaliyanı bütün Cənubi Avropaya təbii qaz nəqli üçün əsas qovşağa çevirəcəyini bildirir. Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla bütün Qafqaz regionunda sülhü təmin etməyin həm də dünyanın geosiyasi tarazlığı üçün vacibliyini bildirən müəllif Qafqazın, xüsusilə də Azərbaycanın yeni nəqliyyat və kommunikasiya xətlərində strateji rol oynadığını vurğulayır, yenicə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayaraq bu dəmir yolunun Çinin şərqini Aralıq dənizi hövzəsi ilə əlaqələndirərək bütün Avrasiya sistemini hərəkətə gətirəcəyini, bu xəttin Aralıq dənizi və bütöv Avropanın gələcək rifahının asılı olacağı “Bir kəmər, bir yol”, “İpək Yolu 2.0” kimi nəhəng layihələrin tərkib hissəsi olduğunu yazır. Müəllif bütün bu kommunikasiya və enerji təchizatı xətlərinin Dağlıq Qarabağ münaqişəsi zonasına yaxın ərazilərdən keçdiyini və hərbi əməliyyatların bərpası halında bütün bu infrastrukturun qarşısıalınmaz zərərə məruz qala biləcəyini qeyd edir. Sonda vurğulanır ki, Ermənistanda ictimai rəyə təsir göstərən qüvvələr bu gün Qafqazda gedən inkişaf proseslərindən münaqişə ucbatından təcrid olunmağın İrəvana vurduğu zərər barədə xəbərdarlıq etməyə başlayıblar ki, bu məqam da münaqişənin diplomatik həllinə imkanlar aça bilər. Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.ilgiornale.it/news/mondo/l-italia-all-osce-speranze-e-prospettive-futuro-caucaso-


Kateqoriya : SOSİAL Baxış sayı : 150

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...