SİYASƏT
A- A A+

“Münaqişənin həllinə dair Azərbaycanın beynəlxalq normalara əsaslanan mövqeyi var”

2018-01-18 08:50:19

.

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etien ilə görüşüb. Məlumata görə, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

E. Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib və münaqişənin həllinə dair Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında humanitar və iqtisadi-ticarət əlaqələrinin inkişafı təqdir edilib. Bu xüsusda, Bakıda Birgə Azərbaycan-Fransız Universiteti, Fransız liseyinin fəaliyyəti, fransız dilinin tədrisinə göstərilən dəstək, tələbə mübadiləsi, iki ölkənin regionlar arasında əlaqələrin yaradılması, ticarət əlaqələrinin genişlənməsi qeyd edilib.

E. Məmmədyarov həmsöhbətə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar haqqında danışıb. O, Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektorunda daha yaxından təmsil olunmağa dəvət edib. Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransanın göstərdiyi dəstəyi məmnunluqla qeyd ediblər.

Görüş əsnasında Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirilib. Həmçinin, görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 270

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...