SOSİAL
A- A A+

“Şəhidlər ölməz, Vətən bölünməz!”

2018-01-17 11:20:34

.

Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından ilk kitabın - “Gözlə gələcəyəm” sənədli povestinin təqdimatı keçirilib. Əsərin müəllifi tanınmış publisist İradə Sarıyevadır. Nəşrin rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev, redaktoru Zülfüqar Şahsevənlidir. Kitab redaktorun “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var...” sərlövhəli qeydləri ilə başlanır.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verib. Bildirib ki, sənədli povestdə Vətən uğrunda döyüşlərdə şəhid olmuş, 23 yaşlı kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır. Son dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin xatirəsinə yazılmış elegiyaya bənzətmək olar. Zülfüqar Şahsevənli povestin çox kövrək hisslərlə qələmə alındığını söyləyib. Diqqətə çatdırıb ki, istedadlı qələm sahibi İradə Sarıyeva bir şəhidin harayına səs verərək, onun həyatını əks etdirib, gələcək nəslə örnək qoyduğunu vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov və başqaları gizir Aydın Abdullayevin şərəfli döyüş yolunu işıqlandıran bu cür kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Aydın Abdullayevin bir idmançı kimi qazandığı qələbələrin, döyüş cəbhəsində göstərdiyi qəhrəmanlığın povestdə çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alındığını söyləyiblər.

Tədbirdə layihə rəhbəri, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın ssenarisi əsasında çəkilmiş, şəhidin ömür yolunu işıqlandıran “Gözlə gələcəyəm” adlı film nümayiş olunub. Sonda şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 330

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...