MƏDƏNİ
A- A A+

Fransada muğam konserti keçirilib

2015-06-20 09:25:36

Azərbaycanın Fransadakı səfirliyi, Parisdəki “Azərbaycan Evi” və Azərbaycanın Dostları Assosiasiyası Nant şəhər meriyası ilə birgə şəhərin möhtəşəm konsert salonunda muğam konserti təşkil edib

Konsertdən əvvəl çıxış edən səfirliyin əməkdaşı Ayaz Qocayev Fransanın müxtəlif bölgələrində həyata keçirilən, Azərbaycanın zəngin mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi barədə məlumat verib. 

A. Qocayev bu cür tədbirlərin Fransada Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edib, bu istiqamətdə tədbirlərin gələcəkdə də davam edəcəyini vurğulayıb.

A. Qocayev hazırda Azərbaycanda keçirilən ilk Avropa Oyunları haqqında da məlumat verib.

Parisdəki “Azərbaycan Evi”nin sədri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva hər iki təşkilat haqqında məlumat verərək əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib. O, indiyədək həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurğulayıb, Nant şəhərindəki muğam konsertinin də növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.

Sonra tamaşaçılar Azərbaycanın əməkdar artistləri, kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyiblər. Konsertdə “Qarabağ şikəstəsi” də daxil olmaqla məşhur muğam parçaları səsləndirilib.(Azərtac)

Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm imkanlarına, incəsənətinə həsr olunan kitablar və broşürlər təqdim edilib, birinci Avropa Oyunlarına aid suvenirlər və geyim əşyaları paylanılıb.

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1412

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...