SOSİAL
A- A A+

“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında

2018-01-17 08:40:31

.

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 402 komandası yer alıb.

2017-ci ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Ağdam klubu 136 xalla planetin 93-cü komandasıdı. İlk “100-lük”dəki yeganə təmsilçimiz Çempionlar Liqasının qrupuna qədər irəliləsə də, 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. Bu, Qurban Qurbanovun yetirmələrinin ötən il Avropa Liqasının qrupunda daha çox xal yığması ilə bağlıdı. “Qarabağ”dan başqa, dünyanın 2 klubu 136 xala malikdi. Təmsilçimizin şərikləri “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka” (Meksika) klublarıdı. Ölkəmizin siyahıdakı 2-ci komandası “Zirə”di. Paytaxt klubu 72 xalla 296-cı yerə şərikdi. “Atletiko” (Bukaramanqa, Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar”la (Peru) eyni xala malik Ayxan Abbasovun yetirmələri fantastik sıçrayışla diqqət çəkib. Ötən il 761-ci olan bakılılar 465 pillə irəliləyib.

Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillənin şərikləri arasındadı. Roman Qriqorçukun yetirmələri “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdi. Əyalət klubu bir il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib. Bu, komandanın ötənilki uğurunu təkrarlayıb Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməməsi ilə bağlıdı. Qeyd edək ki, siyahıya İspaniya “Real”ı başçılıq edir – 328 xal. Braziliya “Qremio”su 286 xalla 2-ci, İngiltərə təmsilçisi “Mançester Yunayted” 284 xalla 3-cüdü.


Kateqoriya : SOSİAL Baxış sayı : 432

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...