QHT və MEDİA
A- A A+

UNEC-də "Açıq qapı" günü

2018-01-16 14:35:22

.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə "Açıq qapı" günü keçirilib.

"Açıq qapı"da ilk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib.

Qeyd edək ki, UNEC-də imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədilə İctimai Nəzarət Şurası fəaliyyət göstərir. Şuranın üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Azərbaycan Milli İnkişaf layihəsi" İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Gənclər, Elm və Təhsil" departamentinin direktoru Rauf Rəcəbov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Azad Müəllimlər" İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və "525-ci qəzet"in müxbiri Sevinc Qarayevadır. UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

Görüşdə universitet rəhbərliyinə "Açıq qapı"ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə şura üzvlərinin iştirakı ilə müvafiq komissiyanın yaradılmasını təklif edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 624

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...