SOSİAL
A- A A+

İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib

2018-01-16 10:45:42

.

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyası çərçivəsində siyasi məsələlər və xarici əlaqələr, iqtisadi əlaqələr və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq üzrə daimi ixtisaslaşmış komitələrin toplantıları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin də iştirak etdiyi toplantılarda qətnamə layihələri və hesabatlar müzakirə olunub. Siyasi məsələlər və xarici əlaqələr komitəsinin iclasının gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də salınıb. Toplantının sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi yekdilliklə qəbul olunub. Parlamentarilərin ölkəmizlə bağlı qəbul etdiyi digər sənəd Xocalı soyqırımı qurbanlarının xatirəsinə dair qətnamə layihəsi olub. Hər iki sənəd İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyasına təqdim olunub. İclaslarda miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları məsələsini qaldırıb. Toplantılarda parlamentarilər Azərbaycandakı tolerantlıqdan da bəhs ediblər. Müxtəlif ölkələrdən olan parlamentarilər bildiriblər ki, Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir.

Qeyd edək ki, sessiya çərçivəsində qurumun yeni baş katibi və büro üzvləri seçiləcək. 2018-ci il üçün İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ümumi komitəsinin üzvlərinin təyin olunması, icraiyyə komitəsinin, daimi komitələrinin üzvlərinin seçilməsi, komitələrin 14-cü və 15-ci sessiyalarının, icraiyyə komitəsinin 40-cı iclasının keçiriləcəyi tarixin və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommunike qəbul olunacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 243

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...