SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: “Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir”

2018-01-15 22:45:31

.

"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var". Bu fikirləri Prezident İlham Əliyev bu gün Bolqarıstanın baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bildiyiniz kimi bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər “Cənub Qaz Dəhlizi"nin icrasını təmin edir. Azərbaycanın zəngin qaz yataqları var". Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq: "Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. “Cənub Qaz Dəhlizi"nin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün əsas resurs bazasıdır. Eyni zamanda bu il TANAP layihəsinin yekunlaşdırılması nəzərdə tutulur. Bu layihənin icrası artıq 90 faizə çatıb. Beləliklə bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra olunur. “Cənub Qaz Dəhlizi" layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq. Biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir".

Dövlət başçısı qeyd edib ki, sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək: “Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək”.

İlham Əliyev qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 335

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...