QHT və MEDİA
A- A A+

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”

2018-01-14 08:40:12

.

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib. Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.

Bəyanatda o da bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. (apa)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 220

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...