SİYASƏT
A- A A+

"Azərbaycan İtaliyanın ATƏT-ə sədrliyi üzərinə götürməsini yüksək qiymətləndirir"

2018-01-13 09:35:38

.

“Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrlik etmək məsuliyyətini üzərinə götürmək iradəsini yüksək qiymətləndirir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT- səfri Ancelino Alfanonun ötən gün Daimi Şurada çıxışına cavab müraciətində deyilir. Qeyd olunur ki, Azərbaycan İtaliya sədrliyinin açıq, şəffaf və inklüziv yanaşmasını tam dəstəkləyir: “İtaliya sədrliyi Avropada təhlükəsizliyin pozulması fonunda üzərinə götürüb.

Hazırda dünyada mövcud olan münaqişələr milyonlarla insanın əsas hüquqlarını və fundamental azadlıqlarının əlindən alır. Onların probleminin həlli yalnız ərazi bütövlüyü, suverenlik və münaqişədən əziyyət çəkən ölkələrin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalət və qanunun aliliyinin bərpasına uyğun olaraq mümkündür. Bəzi ölkələr tərəfindən nümayiş etdirilən ikili standartlar münaqişələrin sülh yolu ilə həllinə xələl gətirir. Biz İtaliya sədrliyinin hərbi-siyasi sahədə dialoqun artırılması səylərini dəstəkləyirik.

Bu məqsədlə Hamburq Bəyannaməsində müəyyənləşdirildiyi kimi, Strukturlu Dialoq əhatə dairəsinin əvvəlcədən məhdudlaşdırılmasından çəkinmək şərti ilə, öz mandatına uyğun olaraq davam etdirilməlidir. Bu kontekstdə biz İtaliya sədrliyini Strukturlu Dialoqun 2018-ci il üçün işlənməsi zamanı mövcud münaqişələrin yaratdığı risk və çağırışların diqqətə alınmasını təmin etməyə çağırırıq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 248

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...