SOSİAL
A- A A+

Ombudsmandan 20 Yanvar bəyanatı

2018-01-13 09:20:24

.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoyub, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub.

“Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar”, - deyə bəyanatda qeyd olunur.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 580

QHT və MEDİA

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...