QHT və MEDİA
A- A A+

Yeni muzeyin açılış mərasimi keçirilib

2018-01-13 09:10:40

.

Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının müdiri, əməkdar elm xadimi, respublikanın əməkdar müəllimi, Rusiya Federasiyası Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlınski böyük bir nəslin nümayəndəsidir. O, ömrünü tibb elminin inkişafına, yeniyetmə və gənclərin maariflənməsinə sərf edib.1995-ci ildən ardıcıl olaraq ATU-nun İnsan Anatomiyası Kafedrasının müdiridir.

Ömrünün 70-ci baharını qeyd etməyə hazırlaşan V.Şadlınski Azərbaycanın tibb elminə bəxş etdiyi yeni muzeylə tarixləşdi desək, yanılmarıq. Belə ki, Vaqif müəllimin təşəbbüsü, İnsan anatomiyası kafedrasının professor, müəllim və tələbə heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin nəzdində Anatomiya muzeyi istifadəyə verildi. Muzeydə 5.210 eksponat qorunub saxlanır. Bəzi esponatların yaşının 2000-2.500 il olduğu təsdiqlənib. Yanvarın 12-də Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının nəzdində fəaliyyət göstərən Anatomiya muzeyinin açılış mərasimi oldu.

Mərasimi ATU-nun İnsan Anatomiyası Kafedrasının müdiri Vaqif Şadlınski açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın və dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsi 1 dəq.sükutla yad edildi. Vaqif müəllim, bu ilin mayında Azərbaycanın dövlət müstəqilliyinin 100, gələn il ATU-nun yaradılmasının 100-cü ildönümünün qeyd olunacağı haqda xəbəri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov, Milli Qeyri- Hökumət Təşkilatları Forumunun prezidenti, ATU-nun nəzdində fəaliyyət göstərən İctimai Şuranın üzvü Rauf Zeyni, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək muzeyin Cənubi Qafqazda bir ilk olduğunu qeyd etdilər. Daha sonra tədbir iştirakçıları Muzeyin eksponatları ilə tanış oldular. Şamil Sabiroğlu,


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 521

QHT və MEDİA

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...