MƏDƏNİ
A- A A+

“İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fransız dilində xüsusi nömrəsi nəşr olunub

2018-01-12 10:35:17

.

Azərbaycan həqiqətləri, tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olan “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi nömrəsi fransız dilində nəşr edilib. Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ön sözü yer alıb.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin jurnalda dərc olunmuş “Azərbaycan-Fransa tərəfdaşlığı: yeni mərhələ üçün yeni məqsədlər” adlı məqaləsində iki ölkə arasında əlaqələrin inkişafından, perspektivlərindən, eləcə də ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib.

Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin ikinci maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanovun nəvəsinin müsahibəsi dərc olunub. Alev Ebuziyya-Siesbye bolşeviklərin hakimiyyətə gəlişindən sonra babasının Türkiyəyə getməsindən, pərən-pərən düşmüş ailə üzvlərinin çəkdiyi əziyyətlərdən danışıb.

Nəşrdə yer almış digər məqalə Azərbaycan diasporunun fəaliyyətindən bəhs edir. Günel Səfərova və Fidan Xəlilovanın həmmüəllifləri olduğu “Fransada Azərbaycan diasporu: keçmiş, bu gün və perspektivlər” adlı məqalədə Paris Sülh Konfransında iştirak etmiş həmvətənlərimizdən söz açılıb.

“İRS” jurnalının bu xüsusi nömrəsində fransızdilli oxuculara Azərbaycan, onun tarixi, coğrafiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ atları, ölkəmizin multikultural məkan olması haqqında geniş məlumat verilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1819

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...