SOSİAL
A- A A+

Polkovnik Şair Ramaldanov: Ermənistan ordusunun əsgərləri psixoloji gərginlik içərisindədirlər

2018-01-12 09:25:06

.

Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədirlər. Çünki onlar bilirlər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.

“Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”, - deyə polkovnik Şair Ramaldanov vurğulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 310

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...