QHT və MEDİA
A- A A+

Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

2018-01-11 10:00:54

.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplantı keçirilib.

Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev ötən il hərbi bölmələrdə mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun qaydada təşkil olunduğunu xüsusi qeyd edib. General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev ötən tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və bu istiqamətdə 2018-ci tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə mədəni-kütləvi tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Hərbi Prokurorluğunun nümayəndəsi, ədliyyə polkovniki İlyas Rzayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev, Siyasi Psixologiya Mərkəzinin əməkdaşı Zaur Əfəndiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Rafiq Allahverdiyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarələri və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə dair bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər. Tədbirdə 2018-ci ildə mənəvi-psixoloji hazırlığın təşkili üzrə müvafiq tapşırıqlar verilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 395

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...