MƏDƏNİ
A- A A+

“Aşıq musiqisi axşamları” - layihəsi

2018-01-10 09:35:35

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir

Layihənin icrası zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunulacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.

“Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. “Koroğlu”ya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq. Layihə çərçivəsində “Ələsgərin saz-söz dünyası”, “Zərif əllər, incə tellər”, “ Aşıq Şəmşir şeiri”, “Yada salaq Aşıq Ədaləti” və “Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq. Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, bu layihədən əvvəl, yəni ötən il Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı möhtəşəm layihəni muğamsevərlərə təqdim edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 122

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...