SOSİAL
A- A A+

BDU “Milli Nüvə Tədqiqatları Mərkəzi” ilə niyyət protokolu imzalayıb

2018-01-10 09:25:07

.

Bakı Dövlət Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin direktoru, akademik Adil Qəribov və Almaniyanın Nüvə Tədqiqat Mərkəzinin Ağır ionların elmi tədqiqatları mərkəzində institut direktoru Peter Braun-Munzingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti, o cümlədən Fizika fakültəsində nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib. Rektor Almaniya universitetləri ilə nüvə fizikası sahəsində əməkdaşlığın, bu sahə üzrə beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda iştirakın vacibliyini bildirib.

Akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edib. Çıxış edən direktor Peter Braun-Munzinger BDU ilə CERN və Almaniyanın nüvə tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib. Görüşdə CERN və Almaniyadan alınmış nəhəng məlumatlar toplusunun BDU-da analizi və nüvə fizikasının müasir problemlərinin tədqiqi və s. müzakirə edilib.

Sonra almaniyalı mütəxəssislərin iştirakı ilə Bakı Dövlət Universiteti və “Milli Nüvə Tədqiqatları Mərkəzi” arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Niyyət protokolunda qarşılıqlı maraq kəsb edən elmi-texniki fəaliyyət sahələri üzrə beynəlxalq və respublika əhəmiyyətli elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərə Mərkəzin təşkilatı və iştirakçı kimi dəvət olunması nəzərdə tutulub. Protokolda Mərkəzdə universitetin “Maddə quruluşu” kafedrasının filialının və ya baza kafedrasının yaradılması, gələcəkdə digər bəzi baza kafedralarının da yaradılması, eləcə də universitetin tələbə, magistr və doktorantlarının nüvə ölkələrində və Mərkəzin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda tədris və təlim kurslarına cəlb olunması üçün tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.

Görüşdə yaxın gələcəkdə Almaniyanın Nüvə Tədqiqat Mərkəzi ilə də bu sahədə əməkdaşlıqla bağlı niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğu qeyd edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 498

QHT və MEDİA

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...