MƏDƏNİ
A- A A+

Cahan ki, solmayan bir bağça-bağdır, ....

2018-01-09 09:40:42

.

“Cahan ki, solmayan bir bağça-bağdır, ...”. Bu ölməz misralar ürəklərdə əbədi məskən salan, unudulmaz söz sərrafı Mikayıl Müşfiqə məxsusdur. Vəfatından 80 il keçməsinə baxmayaraq xalq sevimli şairinin xatirəsini bu gün də yaşadır. AZƏRTAC xəbər verir ki, şairin xatirəsinə həsr olunan silsilə tədbirlərdən biri də Bakıda şairin büstü önündə “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilib. Böyük söz ustasının xatirəsini əziz tutan pərəstişkarları büstü önünə gül dəstələri düzərək, şair haqqında ürək sözlərini bölüşüblər. Fondun rəhbəri Cavanşir Qurbanov, professor Məmməd Əliyev, şairlər Oqtay Rza, Ofeliya Babayeva, Musa Ələkbərli, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar Jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Dəyanətqızı və başqaları çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar. Bildirilib ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Şairin xatirəsinə həsr olunan silsilə tədbirlərdə şairin şeirlərindən parçalar səsləndirilib, Xalq Şairi Cabir Novruzun “Müşfiq ağıları” əsasında hazırlanmış kompozisiya təqdim olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 115

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...